Yazı İçi 468×60

c66781d0-41dd-4c0e-bd89-ad79f571cbedAzərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

AİJA Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı ilin idman xadimi elan edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) isə ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.

İlin idman təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov seçilib.

Cari ilin idman jurnalistləri isə Səadət Hakıyeva (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Anar Əhmədov (“Olimp sport”), İbrahim Şükürov (“Yeni həyat”, Masallı), Sahib Əsədbəyli (“Ədalət”), Sənan Şəfizadə (ATV), Tengiz Məmmədov (APA) və Kənan Məstəliyev (rekord.az) olublar.

İlin fotoreportyoru Eldəniz Bədəlov (AFFA, “Futbol dünyası”) elan edilib.

“Olimpiya dünyası”, “Futbol+”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Exo” ilin idman qəzetləri, İctimai Televiziya isə telekanallar sırasında fərqləniblər. İlin idman radiosu nominasiyası üzrə “Azərbaycan Radiosu” elan olunub.

Əbülqasım Novruzovun “Şuşalı Qaçay pəhləvan” kitabı ilin idman nəşri seçilib.

Laureatlar sırasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti, həmçinin “apasport.az” və “report.az” portalları da var.

Boyanka Kostova (ağırlıqqaldırma, dünya çempionu), İrina Zaretska (karate üzrə birinci Avropa Oyunlarının çempionu), İradə Əliyeva (nizəatma üzrə dünya çempionu (paralimpiya), Elvin Məmişzadə (boks, dünya çempionu), İlham Zəkiyev (cüdo, Avropa çempionu, dünya kubokunun qalibi (paralimpiya), Oleq Stepko (idman gimnastı, Avropa oyunlarında 5 medal qazanıb) ilin idmançısı seçiliblər.

“Qarabağ” futbol klubu, boks (kişilər) və taekvondo üzrə milli komandalar ilin komandası nominasiyasının qalibi olub.

Pedro Roque (Boks üzrə milli komanda), Qurban Qurbanov (“Qarabağ” futbol klubu) və Reza Mehmandost (Taekvondo üzrə milli komanda) ilin baş məşqçiləri elan ediliblər.

İlin idman hakimi Əliyar Ağayev (Futbol), idman azarkeşi isə Fədai Rəhimov olublar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."