www.sinerjipro.net

SinerjiProWide
Reklam

110478_res_01Pakistanda Azərbaycan səfirliyi Azərbaycan-Pakistan Gənclər Forumu ilə bərabər Qurban bayramı ərəfəsində İslamabad, Abbottabad və Karaçi uşaq evlərinin kimsəsiz uşaqları üçün bayram təşkil edib.

Pakistan KİV-ləri xəbər verir ki, İslamabadda uşaq evində rəngarəng tədbir keçirilib. Mərasim bayramı keçirmək təqdirində olmayanlar ilə bayram sevincini bölüşmək üçün keçirilib.

Azərbaycan səfirliyi bu bayramı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından təşkil edib.

Mərasimdə iştirak edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov iştirakçıları və uşaqları birinci xanımın və Azərbaycan xalqının adından salamlayıb və onları Qurban bayramı münasibəti ilə təbrik edib.

O, Azərbaycan və Pakistan müsəlmanlarını birləşdirən ölkələr arasında münasibətlərdən və ümumi dəyərlərdən danışıb.

Səfir tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycanda və dünyanın digər ölkələrindəki fəaliyyəti barədə qısa şəkildə məlumat verib.

O qeyd edib ki, Fond Pakistanın bütün rayonlarında səhiyyə, təhsil və humanitar sahədə bir sıra layihələr həyata keçirib.

O, uşaq evlərinin hamisi Zamurad Khana və Azərbaycan-Pakistan Gənclər Forumunun sədri, eləcə də uşaq evlərinin xoşməramlı səfiri Muhammed Asif Nura Heydər Əliyev Fondunun Pakistanda bütün təşəbbüslərinin həyata keçirilməsində göstərdikləri səylərə görə təşəkkür edib.

Zamurad Khan öz növbəsində Mehriban Əliyevaya kimsəsiz uşaqlara yardım üçün göstərdiyi bütün səylərinə görə təşəkkür edib.

Həmçinin Muhammed Asif Nur qeyd edib ki, tərəfdaşlığın genişləndirilməsi istiqamətində atılan müxtəlif addımlar vasitəsilə Pakistan və Azərbaycan arasında körpülər qurulur.

Onun sözlərinə görə, Azərbaycan Pakistanın böyük dostudur, xanım Mehriban Əliyeva isə böyük ürəyi olan insandır, o, hər zaman yoxsul insanların uşaqlarına sevinc bəxş etmək üçün işlər görür.

Daha sonra uşaqlar mədəni şou və müxtəlif proqramlar təqdim ediblər, mərasimin sonunda hədiyyələr paylanılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."