Yazı İçi 468×60

birinci xanim rekordMərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

Bu il keçirilmiş seçkilərdə ən yüksək səsi Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva toplayb.

14 saylı Xəzər seçki dairəsinin “exit-poll” sorğusuna cəlb olunmuş seçicilərinin 96,1%-i Mehriban Əliyevaya səs verdiyini bildirib. Rəsmi səs faizləri də açıqlandıqdan sonra vəziyyət dəyişməyib.

Belə ki, 14 saylı Xəzər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Mehriban Əliyeva seçicilərin 96,7 faiz səsini toplayıb.

Qeyd edək ki, IV çağırış parlament seçkilərində də Mehriban Əliyeva ən yüksək nəticəni əldə etmişdi.

Birinci xanım 2005-ci il seçkilərində 92,12% , 2010-cü il seçkilərində isə 94,49% səs toplayaraq millət vəkili seçilib.

Xatırladaq ki, Mehriban Əliyeva ilk dəfə 2005-ci ildə parlament seçkilərində iştirak edib(Azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."