Mehriban Əliyeva sərgidə – Fotolar

Mehriban Əliyeva sərgidə – Fotolar

Müəllif: Redaktor

Editor

скачанные файлыNoyabrın 13-də Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Aida Mahmudovanın “Elysium” adlı fərdi sərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, görkəmli elm, incəsənət və mədəniyyət xadimləri, diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının humanitar məsələlər şöbəsinin müdiri Fatma Abdullazadə deyib ki, belə bir gözəl məkanda Aida Mahmudovanın sərgisində sizin hamınızı salamlamaq mənim üçün böyük şərəfdir. Bu məkan Azərbaycanın XX əsr incəsənətindən XXI əsr incəsənətinə atılan uğurlu bir körpüdür.

Aida Mahmudovanın adı müasir tarixə YARAT! hərəkatının rəmzi kimi düşüb. O, istedadlı gəncləri öz ətrafında birləşdirə bilib. F.Abdullazadə deyib: “Gəncləri öz ətrafına toplamaqla o, bizim incəsənətimizdə dönüş yaratdı”.

Bu gün Azərbaycan incəsənəti Venesiya Biennalesində təmsil olunur, rəssamlarımızın əsərləri Avropanın ən yaxşı sərgi salonlarında nümayiş etdirilir, dünya rəssamlarının iştirakı ilə layihələr həyata keçirilir. Bu, ilk növbədə A.Mahmudovanın xidmətidir. Eyni zamanda o, orijinal yaradıcılıq keyfiyyətlərinə sadiq qalır, hər sərgisi ilə sevindirir və heyran qoyur.

Rəssamın hər bir sərgisi kimi bu ekspozisiyasının da insanlara sevinc bəxş etdiyini vurğulayan F.Abdullazadə gənc rəssama yeni yaradıcılıq uğurları arzuladı.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə çıxış edərək dedi ki, Aida Mahmudovanın bu sərgisi sadəcə sənət əsərlərinin nümayişi deyil. Bu, həqiqətən böyük bir mədəni hadisədir. Çünki burada tamamilə yeni, əvvəllər bizə məlum olmayan, vərdiş etmədiyimiz məkan hissi ilə qarşılaşırıq.

A.Salamzadə bu sərginin Azərbaycanın ən müasir sərgi məkanı olan Müasir İncəsənət Muzeyində keçirilməsinin də simvolik məna daşıdığını qeyd etdi. Bildirdi ki, Aida Mahmudovanın əsərlərindəki məkan hissi məhz kəskin müasirlik hissinin təzahürüdür deyən Memarlıq İnstitutunun direktoru bildirib: “Əgər sual yaransa ki, müasir Azərbaycan incəsənətinin siması necədir, kimlər və onu hansı əsərləri ilə təmsil edir, sözsüz ki, Aida Mahmudovanın və onun YARAT! adlı təşkilatında topladığı istedadlı rəssamların adlarını çəkərik”.

Sərgiyə gələnləri salamlayan Aida Mahmudova ekspozisiyanın konsepsiyası haqqında məlumat verdi. O bildirdi ki, bu gün mən çox xoşbəxtəm. Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm. “Elysium” bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda “Elysium” tam xoşbəxtlərin yaşadığı məkandır. Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir. Hamınıza gözəl axşam arzu edirəm.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış oldular.

Rəssam bu sərgisində botanika bağının gözəlliklərini nümayiş etdirib. Burada istənilən insan özünü itirə və ya tapa bilər. Real olmayan bu yer ilham mənbəyi kimi də çıxış edir. Rəssamın əsərlərində insan duyğuları öz əksini tapıb.

Onun əsərlərinin ünvanı xatirələr və nostaljidir. Azərbaycanın memarlığı və landşaftından ilham alaraq, Aida Mahmudova instalyasiya, heykəl və rəngkarlıq sahələrində işləyir, gündən-günə müasirləşən ölkəmizin unudulmuş və uzaq guşələrini öz əsərlərində əks etdirir. Rəssamın əsərlərinin mahiyyətini instalyasiyada formalaşmış memarlıq xüsusiyyətləri, o cümlədən Bakının kənarında kimsəsiz yerlər təşkil edir. Bu vasitələrlə yaddaşda zamanın məqamını axtaran rəssamın əsərləri daimi dəyişkənlik təcrübəsinə qarşı çıxır, lakin bununla bərabər dəyişməyən detalları da əks etdirir.

Aida Mahmudovanın “Elysium” sərgisi dekabrın 13-dək davam edəcək.

Qeyd edək ki, rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri “VITA VITALE” qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aida Mahmudovanın “Recycled” kompozisiyası Dənizkənarı Milli Parkda nümayiş etdirilir. Heykəltəraşlıq instalyasiyaları və rəsmləri “Here Today” (Old Sorting Office, London), “Sevir-sevmir” (“Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi), “Bakıya uçuş” (“Fly To Baku”, London, Paris, Berlin, Moskva, Roma), “Birləşən körpülər” (“Merging Bridges”, Müasir İncəsənət Muzeyi, Bakı) adlı beynəlxalq sərgilərdə nümayiş olunub.

Aida Mahmudova 2011-ci ildən YARAT! Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT! ölkəmizdə Azərbaycanda müasir incəsənətin ictimai dərki və incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur. Sonuncu dəfə 56-cı Venesiya Biennalesində YARAT! “Odla suyun birliyi” (“The Union of Fire and Water”) layihəsini təqdim edib. Bu il mayın 28-də rəssamın Nyu-Yorkda “Ötüb keçərkən…” adlı sərgisi açılıb(modern)

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti