!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı müraciəti – Mətn

!Reklam – Yazi

mehri4“28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatında mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirib və Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi xəritəsinə yazılmasında və tanınmasında müstəsna xidmətləri olub”.

Bu barədə Azərbaycanın I xanımı, Heydər Əliyev Fondunun Prezidenti, deputat Mehriban Əliyevanın 28 May Respublika Günü münasibətilə amnistiya aktı ilə bağlı Milli Məclisə müraciətində deyilir. Müraciətdə bildirilir ki, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncəmərhum prezident Heydər Əliyev Xalq Cümhuriyyətinin ideyalarını yaşadıb.

Onun varisi olduğunu təsdiq edib və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb.

“Azərbaycan xalqının xoşbəxtliyi onda olub ki, müstəqil dövlətçiliyinin müqəddaratının həll edildiyi ağır günlərdə – 1993-cü il iyunun 15-də dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib.

Son zamanlar Heydər Əliyev Fonduna ünvanlanmış məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin çoxsaylı müraciətləri ilə əlaqədar aparılan təhlillər cinayatlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir. Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktlarının qəbul edilməsinin təşəbbüskarı olub. Belə ki, Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilib. 2007-ci il 8 may tarixli qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində, 2013-cü il 7 may tarixli qərarla 10.040 məhkum barəsində amnistiya aktı qəbul edilibn. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah olunmasının stuimullaşdırıb,əhali arasında böyük minnətdarlıq hissi ilə qarşılanıb”.

Birinci xanım 28 may-Respublika günü münasibətilə amnistiyanın elan edilməsini təklif edib.

Amnistiya aktı layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladları olanlar daxildir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpqalarından məcburi köçürülən və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək.

Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir.

Aparılan təhlillərə əsasən, təqribən 10 000 şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3 500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır.(modern)

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv