www.sinerjipro.net

SinerjiProWide
Reklam

54128_j4c3jrbb21Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın www.mehriban-aliyeva.az – adlı rəsmi saytı yeni dizaynda istifadəyə verilib.

Sayt Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.

“Xəbərlər”, “Bioqrafiya”, “Fəaliyyət”, “Səfərlər”, “Görüşlər”, “Müsahibələr”, “Çıxışlar” və digər bölmələrdən ibarət olan saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, millət vəkili, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar, foto və videolar izləyicilərə təqdim olunur.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr yerləşdirilib. İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.

Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə məlumat verilir, həmçinin onlar üçün “Azərbaycanım”, “Oyunlar”, “Bu maraqlıdır” kimi bölmələrdə maarifləndirici oyun və məlumatlar təqdim olunur. “Azərbaycanım” bölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz, unudulmaz tarixlərimiz barəsində informasiyalar çatdırılır. Saytda uşaqlar üçün yaradılan səhifədə eyni zamanda müxtəlif cizgi filmlərini də izləmək mümkün olacaq.

Qeyd edək ki, saytın mobil telefon və planşetlər üçün versiyası da istifadəyə verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 106
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."