!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Xanlarova "Maşın şou"nun hədiyyələrindən imtina etdi

!Reklam – Yazi

Dünən “Maşın şou” qalibini elan etdi. Final mərhələsində əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova iştirak etmədi.

Yenicag.az-a danışan aktrisa səbəbi belə açıqlayıb:

“Ürəyim istəmədi, getmədim. Mən əvvəlki “Maşın şou”nun da final mərhələsinə qatılmamışdım. Şou zamanı çox streslər keçirtdim və sağlamlığıma ziyan vurdum. Fikirləşdim ki, birdən gedərəm, kimsə nəsə deyər. Yenidən əsəblərim tarıma çəkilər. Qaldı ki, qalibə, əvvəldən bilirdim ki, qalib Talıb olacaq. Çünki mənim intuisiyam çox güclüdür və bunu hiss edirdim”.

Mehriban Xanlarova ona verilən hədiyyələrdən də imtina edib: “Onları götürməyəcəm”.

Cəvahir

 

www.yenicag.az

5955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv