!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Xanlarova qəzəbləndi: “Ay yazıq, bədənin başdan-ayağa silikondu”

!Reklam – Yazi

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova qəzəblənib. Aktrisanın illər öncə çəkilmiş şəklinin sosial şəbəkədə yayılaraq, müzakirə olunması onu özündən çıxardıb.

Yenicag.az-a açıqlama verən M. Xanlarova düşmənlərinə acıq da verib:

“O şəkil 1999-cu ildə, “Kinoklub” verilişində çəkilib. Mənim daşım ağırdır. Hansı fotomu paylaşırlarsa, mütləq altından paxıllarım nəsə yazdırmağa başlayır. Hətta o şərhləri yazdıranı da tanıyıram.Üzümü ona tutub deyirəm ki, yan-tökül, 50 yaşındayam, nə üzümdə botoks var, nə dodaqlarımda silikon. Amma ay yazıq, sənin bədənin başdan-ayağa botoks, silikondur. Amma mənim hər nəyim var təbiidir. Əyri ayaqlarım yox, eybəcər sifətim yox… Bəziləri kimi “qara-zırtıq” deyiləm ki, gecə kimin qabağına çıxsam, qorxsunlar. Çox vaxt makiyajsız gəzirəm. O şərhlərin çoxunu görünüşlərindən kompleks keçirən qadınlar yazır, kişilər yazsaydı, dərdyarıydı. Hələ əks-cinsdən özüm haqqında xoşagəlməz fikirlər eşitməmişəm. Maraqlısı budur ki, mən həmişə qadınları müdafiə etmişəm, əvəzində isə onlar mənim fotolarımın altından təhqirlər yazırlar. Yazsınlar, heç vecimə də deyil… O şəkillərimə görə utanmıram, əksinə fəxr edirəm”.

Cəvahir

www.yenicag.az

10052
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv