!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məişət zorakılığı əleyhinə yeni layihə

!Reklam – Yazi

11052“Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məişət zorakılığına qarşı mübarizə təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlayıb.

Layihə avqust, sentyabr və oktyabr (3 ay) aylarında həyata keciriləcək. Layihə çərçivəsində məişət zorakılığı və erkən nigah halları haqqında statistik məlumatlar toplanacaq, bu hallara qarşı mübarizəni özündə ehtiva edən 30-35 dəqiqəlik sənədli film hazırlanacaq. Filmin Şabran, İmişli rayonlarında və paytaxt Bakıda təqdimatı keçiriləcək.
Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi üçün addımlar atılır.

Bu istiqamətdə Azərbaycan Milli İnkişaf İB bir neçə mühüm prioritet məsələ əsas götürüb ki, bu da cəmiyyətin inkişafında xüsusi əhəmiyyətə malikdir. Dövlət siyasətinin tərkib hissəsi olan ailə, qadın və uşaq məsələləri aktuallığı və dinamikliyi ilə seçilir.

Fəaliyyət istiqamətlərindən biri məişət zorakılığı problemlərinin araşdırılması və onun qarşısının alınmasıdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və həmin Qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Bu Qanunun qəbul olunmasında ölkənin Birinci Xanımı, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna rolu bütün ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən xüsusi qeyd olunur. Qanunun məqsədi qadınlara qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılıq qurbanlarına psixoloji, tibbi, hüquqi yardımın göstərilməsidir.

Təşkilat tərəfindən məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemlərə bir daha cəlb etmək üçün müxtəlif səviyyələrdə insanlara təsir etməyə çalışılır. Həmçinin məişət zorakılığı da daxil olmaqla qadına, uşağa zorakılığa qarşı və insan alveri ilə mübarizə məqsədini daşıyan bir sıra layihələr həyata keçirilib. 2015-cı ildə həyata keçirilən layihə çərçivəsində çəkilən “Can Alveri” sənədli maaraifləndirici filmi buna misal ola bilər.

Məişət zorakılığı ilə sıx bağlı olan təhsildən yayınma, intihar hallarının aradan qaldırılması üçün ictimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasına və qanunun işləmə mexanizmi istiqamətində fikir mübadiləsinə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayonlarında məişət zorakılığının ailədaxili münasibətlərə təsiri haqqında tədbirlərin keçirilməsinə ehtiyac var.

Hər gün dünyada 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada 19 yaşa qədər nikahlar olan ölkələrə 51,7 faizlə Fələstin başçılıq edir. İkinci yerdə 20,1 faizlə Misir, üçüncü yerdə isə 15 faizlə İsrail dayanır. Lakin son zamanlar inkişaf etmiş ölkələrdə erkən nikahlar faktları qeydə alınmaqdadır. Məsələn, Böyük Britaniyada 2,6 faiz, Avstraliyada 1,8 faiz, İsveçrədə 1,6 faiz, Fransada 0,8 faiz, Danimarka isə 0,6 faiz erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah actual problem olaraq qalmaqdadır. Statistikaya görə 18 yaşa qədər olan180 mindən çox qız Türkiyədə nikaha girir. Rusiyada bütövlükdə nikahların 13-15 faizini erkən yaşda qurulmuş ailələr təşkil edir.

Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 -cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evli və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.

Erkən nikahlar: uşaq hüquqlarının pozulması ilə bağlı sosial araşdırmalar göstərir ki, erkən nikahların əsas fəsadları körpə və ana ölümü hallarının çoxalması, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması,erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması, erkən nikahda olan qızların daha çox fiziki və cinsi zorakılığa məruz qalmasıdır. Tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bütövlükdə 70 faizə qədər ana və uşaq ölümünün azalmasına gətirib çıxarar.

Etiraf edək ki, Azərbaycanda erkən nikah problemi hələ də qalır. Bəzi bölgələrdə gizli şəkildə erkən nikaha şərait yaradılır. Azərbaycanda Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddi 17-dən 18 -ə qaldırılıb. Savadlı ana savadlı gələcək, savadlı millət deməkdir. Ana savadlı olarsa, övladı da savadlı olar. Buna bütün bölgələrdə nail olmalıyıq. Bakı daxil olmaqla, Gəncə, Sumqayıt və s. bu kimi inkişaf etmiş şəhərlərdə problem o qədər də ciddi deyil.

Ucqar bölgələrdə, dağ kəndlərində qadınların təhsillə, erkən nikahla bağlı müəyyən sıxıntılarımız var. Biz bu səbəbdən həyəcan təbili çalmalıyıq. Bir hadisə olsa da belə biz onunla barışmamalıyıq. Çünki erkən nikaha girən qız elə “savadsız” deməkdir. Bir ixtisası, peşəsi, istər ali, istər orta təhsili olmayan bir insandır. Belə bir qız müstəqil olaraq həyata qədəm qoya bilməz.

 

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv