!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məişət zorakılığı və erkən evliliyə məruz qalmış insanlarla bağlı psixo-sosial və hüquqi xidmətlərin təşkili” layihəsi icra edilməyə başlayıb

!Reklam – Yazi

059c0518-f930-498d-8084-1137e3d66f14“Məişət zorakılığı və erkən evliliyə məruz qalmış insanlarla bağlı psixo-sosial və hüquqi xidmətlərin təşkili” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən 3 ay müddəti ərzində icra edilməyə başlayıb. Qeyd etmək lazımdır ki, məişət zorakılığı və erkən evliliyə məruz qalmış insanlarla bağlı psixo-sosial və hüquqi xidmətlərin təşkili və bu xidmətlərin davamlı təmini üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədli bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.

Layihənin vəzifələri arasında hədəf qrupuna daxil olan şəxslərə stasionar xidmətlərin təşkili, məişət zorakılığı və erkən evliliyə məruz qalmış uşaqların və qadınların psixo-sosial, hüquqi reabilitasiya işlərinin həyata keçirilməsi, eləcə də, həmin sahədə ixtisaslaşmış mütəxəssislərin bilik və bacarıqlarının artırılması, hədəf qrupu ilə bağlı məlumatların toplanmasından və təhlil olunmağından ibarətdir.

İyul ayında layihə çərçivəsində müxtəlif qrupları (QHT üzvlər, universitetlərin yuxarı kurs tələbələri, könüllülər və s.) əhatə edən sosial işçilər, psixoloqlar, tibb işçiləri, hüquqşünaslar, ictimai fəallar müəyyənləşdirilərək onlara müvafiq təlimlər keçirilməsi məqsədi ilə qruplar yaradılıb və təlimlər təşkil olunub. Təlimlər layihənin icrasına cəlb edilən komandanın mütəxəssisləri tərəfindən keçirilib. Əsas təlim mövzularına xidmətlərin göstərilməsi qaydaları, reabilitasiya üçün zəruri şərtlər, sosial işin təşkili, psixoloji reabilitasiya metodları, hüquqi yardım üsulları və s. əlaqədar istiqamətlər daxil edilib.

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv