!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məkkədə terror aktının qarşısı alınıb: 11 nəfər yaralanıb

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı təhlükəsizlik xidməti Məkkə şəhərində Əl-Haram məscidində planlaşdırılan terror aktlarının qarşısını alıb.

Yenicag.az-ın məlumatına görə, terror aktına hazırlaşanlardan biri yaşayış binasında gizlənərək təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib və sonra özünü partladıb.

Partlayış nəticəsində 11 nəfər yaralanıb, onlardan 6 əcnəbi və 5 hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyin rəsmi nümayəndəsinin verdiyi məlumata görə terrorçular ölkə ərazisində 3 yerdə eyni zamanda silsilə hücumlar həyata keçirməyi planlaşdırırdılar.

Əməliyyat nəticəsində təhlükəsizlik xidməti tərəfindən bir qadın və 4 kişi saxlanılıb.

Yenicag.az

www.yenicag.az

918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv