!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məkkədəki faciəyə Kral Salmanın oğlu səbəb olub – FOTO

!Reklam – Yazi

679178_465754Son məlumata görə, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlər arasında Türkiyə vətəndaşları yoxdur, lakin 18 nəfərin aqibəti məlum deyil. İran İslam Respublikasının isə 96 vətəndaşı dünyasını dəyişib. Hadisə ilə əlaqədar Ərəbistan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İzdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb, 863 zəvvar xəsarət alıb.

Ərəb mediası faciəyə səbəb kimi Kral Salmanın oğlunu göstəriblər. Belə ki, Məhəmməd bin Salmanın kortejinin keçdiyi üçün zəvvarların yolu bağlanıb və zəvvarlar da məcbur olub əks yolla hərəkət etməyə başlayıblar. Elə bu zaman insan kütləsinin çoxluğu yaranıb və qarşılıqlı hərəkət edən kütlələr arasında tələfat baş verib.

Qeyd edək ki, bundan əvvəlki kran faciəsi də Məhəmməd bin Salmanın rəhbərlərindən olduğu şirkətlərdən birinin səhlənkarlığı nticəsində baş vermişdi(faktxəbər)

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv