Meksika prezidenti amerikalı həmkarı ilə görüşməkdən imtina edib

Müəllif: Redaktor

Editor

Meksika prezidenti Enrike Penya Nyeto yanvarın 31-də ABŞ prezidenti Donald Tramp ilə danışıqlar üçün Vaşinqtona planlaşdırılan səfərinin ləğv olunduğunu bildirib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə o, öz “Twitter” mikrobloqunda yazıb.

“Biz bu səhər Ağ evi növbəti çərşənbə axşamı prezident Tramp ilə planlaşdırılan işgüzar görüşdə mənim iştirak etməyəcəyim barədə məlumatlandırdıq”, – deyə Penya Nyeto bildirib.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır