www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycanın Meksikadakı səfiri Rodriqo Labardini Şəkiyə gedib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, o, Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
İcra başçısı şəhərin tarixi barədə R.Labardiniyə məlumat verib. Qeyd olunub ki, Şəki Azərbaycanın ən vacib turizm mərkəzlərindən biridir.

R.Labardini səfirliyin fəaliyyəti və müxtəlif sahələrdə keçirilən tədbirlərdən danışıb. Həmçinin, bu il 25 illiyi qeyd edilən ikitərəfli diplomatik əlaqələrə də toxunub. Diplomat Meksika iqtisadiyyatının əsas istiqamətləri və milli mədəniyyətindən söz açıb.

Tərəflər ikitərəfli görüşün keçirilməsindən qarşılıqlı razılıq və münasibətlərin davamlı inkişafına dair arzularını ifadə ediblər.

Sonra Meksika səfiri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında olub. Burada o, teatrın binası, proqramı və fəaliyyəti ilə tanış olub. Diplomat iki ölkə arasında münasibətlərin gücləndirilməsində mədəni əlaqələrin vacib rolunu vurğulayıb.

Səfər əsnasında səfir R.Labardini şəhərin bəzi görməli yerləri ilə də tanış olub.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."