!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məktəb direktorlarına hegemonluq vermək olmaz” – Təhsil eksperti

!Reklam – Yazi

mekteb2016-cı təqvim ilinin yekununda təhsil naziri Mikayıl Cabbarov “Media ilə üz-üzə” verilişinə müsahibəsində bildirib ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ən uğurlu yol olduğu qənaətində deyil:

“Çünki müasir məktəb müəllimini həmin məktəbin müasir direktoru seçməlidir. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə, o, müasir məzmunlu pedaqoqikanı, psixologiyanı bilirsə, artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Qısa müddət ərazində bir sıra məktəblərə bu hüquq veriləcək”.

Nazir xüsusi olaraq vurğulayıb ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır.

Mələləni Yeniçağ.Az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük işlər aparılır, təhsil sahəsində İslahat Proqramı çərçivəsində təhsilin müxtəlif aspektlərini əhatə edən Dövlət Proqramları həyata keçirilir, təhsilin maddi-texniki bazası möhkəmləndirilir, məzmunu və onun təşkili formaları yenilənir, kadr potensialını gücləndirməklə bağlı müəyyən işlər görülür:

Kamran Əsədov ile ilgili görsel sonucu“Təhsildə aparılan islahatların qarşıya qoyduğu problemlərin həlli ilə bağlı dövlət və hökumət tərəfindən nə qədər yüksək səviyyəli qanunlar, qərarlar, əmrlər, təlimatlar və s. qəbul edilir-edilsin, əgər onların fəlsəfəsi ideyası, məzmunu və mahiyyəti təhsil müəssisələrinin, məktəblərin pedaqoji kollektivləri və onların rəhbərləri tərəfindən lazımınca dərk edilməzsə, islahatın həyata keçirilməsində köklü uğur qazanmaq mümkün olmayacaqdır. Çünki sistemləşdirilmiş təhsilalma – təhsilvermə, təlim-tərbiyə – tədris prosesi məhz məktəbdə (siniflərdə, qruplarda, sinifdənxaric və məktəbdənkənar məşğələlərdə) həyata keçirilir. Təəssüflər olsun ki, hazırda bir çox direktorlar vəzifələrini icra edə bilmirlər. Belə olmasaydı son beş ayda əmək məcəlləsinin “70 ç bəndi” ilə çoxlu sayda direktor işdən azad edilməzdi. Təkcə 2016-cı ildə Bakı şəhərində 15-ə yaxın belə fakt yaşandı. Və bu say hələ də artır. Hesab edirəm ki, orta məktəb direktorlarına müəllimlərin işə qəbulu üzrə məsələlərdə müstəqillik verməyə ehtiyac hələ ki yoxdur. Düzdür, bu təklif təhsilin inkişafına yönəlmiş addımdır. Amma bizim məktəbləri idarə edən direktorların böyük faizi buna hazır deyil. Əlbəttə ki, Nazir bunu orta məktəblərin səmərəliliyini artırmaq üçün həyata keçirtməyi düşünür. Biz qanunvericiliyə baxsaq görərik ki, onsuz da məktəb direktorlarının kifayət qədər müstəqilliyi və səlahiyyətləri var. Direktor məktəbdə təlim-tərbiyə və maliyyə-təsərrüfat işinin səmərəliliyini yüksəltmək, hər bir işçinin məsuliyyətini artırmaq məqsədi ilə müvafiq normativ-hüquqi sənədlər və “Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası” əsasında işçilər arasında vəzifə bölgüsü aparır və bunu əmrləşdirir”.

Düşünürəm ki, onlara muxtariyyət verməklə həm də onlara hegemonluq vermiş oluruq:

“Məktəb direktorunun bir rəhbər kimi özünütəsdiqində və nüfuzunun yüksəldilməsində onun şəxsi-mənəvi keyfiyyətləri, peşəkarlığı ilə bərabər, qəbul etdiyi qərarların ədalətliliyi daha böyük rol oynayır. Çünki insanlar həmişə rəhbərin hərəkətlərində və münasibətlərində onun ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər zaman əməkdaşların hörmətini, etibarını qazanır, kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik olur. Hər hansı bir şəxsin məktəb direktoru vəzifəsinə təyin edilməsi barədə əmr verildikdə təhsili idarəetmə orqanı tərəfindən ona müəssisəyə, oradakı kollektivlərə rəhbərlik etmək hüququ, səlahiyyəti verilir, şəxsi nüfuzla bağlı əmrə heç nə əlavə edilmir. Direktor nüfuzu şəxsi nümunəsi, biliyi, təşəbbüskarlığı və digər mənəvi keyfiyyətləri ilə qazanmalı və özünü bir rəhbər kimi təsdiq etməlidir. Bu parametrlərə cavab verən direktorlarımız az deyil, lakin hazırkı şəraitdə bəziləri direktorluğunu yüksək amallarla yox, kollektivdə hay-küy salmaqla, bəzilərini işdən qovmaqla, hədələməklə, “burda mənəm, Bağdadda kor xəlifə”, filankəs “Həsən ağanın” qohumudur xofunu yaratmaqla özünü “hakimi mütləq” kimi aparır, idarəetmənin demokratik prinsiplərinə məhəl qoymur, amirlik üsuluna üstünlük verir, nəticədə, kollektivdə mənəvi-psixoloji iqlim pisləşir, konflikt yaranır, rəhbər nüfuzunu, son nəticədə vəzifəsini itirir. Lakin ən çox itirən şagirdlər və müəllimlər, bütövlükdə isə təhsil sistemi olur. Çünki müəyyən zaman kəsiyində pedaqoji kollektiv təlim-tərbiyə prosesini daha da təkmilləşdirmək əvəzinə, yaranan konflikt situasiyaların araşdırılması ilə məşğul olur, ən qiymətli olan – vaxt itirilir. Yadda saxlamaq lazımdır ki, “öz işçilərini şöhrətpərəstliklə və mənsəbpərəstliklə idarə edən adam ağıllı hesab edilə bilməz”. Bilirsiz, bazar iqtisadiyyatı şəraitində rəhbərin ən vacib vəzifəsi dövlətimizin kadr siyasəti prinsiplərinə uyğun olaraq onların düzgün seçilib, qabiliyyəti, biliyi və bacarığına uyğun yerləşdirilməsindən ibarət olmalıdır.

Hesab edirəm ki, Təhsil Nazirliyi bunu hal-hazırda yerinə yetirir:

“Müəllimlərin, ümumən də kadrların işə qəbulu çox ciddi məsələdir. Təhsil Nazirliyi özü son illər ərzində bu sahədə böyük təcrübəyə malik olsa da, məktəb rəhbərliyi o qədər də peşəkar deyil. Təsəvvür edin ki, 2009-cu ilə qədər müəllimlərin işə qəbulu rayon təhsil şöbələri və direktorların səlahiyyətində idi və il ərzində müəllimlərin işə qəbulu 700-900 arası idi. Sonra bu mərkəzləşmiş qaydada həyata keçirilməyə başladı ki, bu uğurlu islahatın nəticəsində 2013- cü ildə 1240, 2016- ci ildə isə 2400-dan çox imtahandan müvəffəqiyyətlə keçən müəllim işə qəbul olundu. Əlbəttə ki, bu, təhsildə inqilab hesab oluna biləcək hadisədir. 2012-ci ildə TQDK-nın (DİM) sədri Məleykə Abbaszadə açıqladı ki, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın “qara baza”sına düşüb və hazırda həmin şəxslər saxta diplomlarla fəaliyyət göstərirlər. 2014-cü ildə isə Təhsil Nazirliyi 2500 nəfərdən çox müəllimin saxta diplomla işlədiyini bildirmişdi. Bu qədər böyük sayda müəllimi kim işə qəbul etmişdi? Əlbəttə ki, məktəb direktorları. Düzdür, son illər ərzində direktorların da işə qəbulu imtahan yolu ilə həyata keçirilir. O da danılmaz faktdır ki, direktorların işə qəbulu Bakıda olduğu kimi rayonlarda şəffaf deyil. Yəni Bakıda kənar təsirlər olmasa da, rayonlarda İcra hakimiyyətinin, rayon təhsil şöbələrinin razılığı olmadan direktor nə işləyə, nədə ki təyin oluna bilər. Bu təzyiq altında əlbəttə ki, onlara hansısa bir müstəqillik verilməsindən söhbət belə gedə bilməz. Bilirsiz, hazırda Azərbaycanda olan 4450 məktəbdə həm nazirliyin, həm də ictimaiyyətin etibar etdiyi direktorlar tam formalaşdırılmayıb. Əlbəttə ki, onların hamısı da birdən-birə əvəz etmək olmaz. Hesab edirəm ki, bu muxtariyyət məsələsində ehtiyatlı olmaq lazımdır”.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv