xcvcxv9 (1)Səbail Rayon Məhkəməsində azyaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Aqşin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, “Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan 1998-ci il təvəllüdlü Aysun Kazımova ( ad, soyad şərtidir) deyib ki, 2013-cü ilin noyabr ayında Aqşin Məmmədov taksi fəaliyyəti ilə məşğul olduğundan ailəsini İsmayıllı rayonundan Bakı şəhərinə gətirib. Bundan bir neçə gün sonra Aqşin evlərinə gəlib mobil telefon nömrəsini ona verib və ona zəng etməsini xahiş edib. O, Bakı şəhərində olan zaman Aqşinə “Salam” məzmunlu mesaj yazıb. Təxminən 1 həftə sonra Aqşin Məmmədov onun mobil telefonuna zəng edib və tanış olaraq, onunla danışmaq istədiyini bildirib. O, əvvəlcə Aqşinlə razılaşmasa da, sonuncu bir neçə gün ərzində ona zəng etdiyi üçün o, Aqşinlə danışmağa və hal-əhval tutmağa başlayıb. Bir müddət sonra Aqşin Məmmədov onu dərsə aparmaq istəyini bildirib və o, bu təkliflə razılaşıb.

2013-cü dekabr ayından başlayaraq Aqşin Məmmədov həftədə 3 dəfə Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə qəsəbəsinin ərazisindən onu götürüb ali məktəbə hazırlaşmaq üçün “20 Yanvar” merostansiyasının yaxınlığında yerləşən “Araz” kurslarına dərsə aparıb, saat 18.45 radələrində isə dərsdən götürüb yenidən 20-ci Sahə qəsəbəsinə gətirib. 14 dekabr 2013-cü il tarixdə Aqşin Məmmədov dərsdən sonra onu götürərək avtomobili Bakı şəhəri, Səbail rayonu Şıxov çimərliyi ərazisinə sürüb və orada, heç kimin olmadığı yerdə avtomobili saxlayıb, ona qarşı təcavüz edib, zor tətbiq edərək, ona qarşı seksual xarakterli hərəkətlər edib. O, qorxduğu üçün həmin zaman heç kimə bu barədə məlumat verməyib. Həmin hadisə zamanı onun döş nahiyəsində xəsarət əmələ gəlib və bununla əlaqədar axşam Aqşinlə aralarında SMS yazışması olub.

Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Aysun Kazımova (ad, soyad şərtidir) təqsirləndirilən şəxs Aqşin Məmmədovun onun orta məktəbdə təhsil aldığını və 16 yaşının tamam olmamasını bildiyini göstərib.
Təqsirləndirilən şəxs Aqşin Məmmədov ifadə verərək hadisəni etiraf edib, lakin qızla zorlamaqla deyil, könüllü olaraq sevişdiklərini bildirib. O qeyd edib ki, həmin vaxt qızın 16 yaşının tamam olmadığını bilməyib.

Qeyd edək ki, Aqşin Məmmədovun atası Həsən Məmmədov İsmayıllı rayonu, Gideyli kəndində orta məktəb direktorudur.

Məhkəmədə zərərçəkmiş şəxsin anası, təqsirləndirilən Aqşin Məmmədovun əmisi Kazım Məmmədov və İslam Məmmədov dindirilib.

Aqşin Məmmədov hadisəni törədərkən evli olub. Onun hazırda 4 və 2 yaşında oğulları var.

Məhkəmə hökmünə qədər ev dustaqlığında olan A.Məmmədov Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 müddətinə azadlıqdan məhrum edilib, onun haqda ev dustaqlığı dəyişdirilərək həbs-qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Aysun Kazımovanın (ad, soyad şərtidir) vəkili Vasif İsrafilov qərardan apelyasiya şikayəti verib.

Vəkil V.İsrafilov şikayətində qeyd edib ki, Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyasında 03 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş, alternativ cəza da yoxdur: “Zərərçəkmiş şəxsin ailəsi və özü də təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur və olmayacaq. Təqsirləndirilən şəxs dəfələrlə zərərçəkmiş şəxsə onun ailəsinə, iş üzrə şahidlərə təsir göstərib, barışıq ərizəsi vermədiyi təqdirdə onu öldürəcəyi ilə hədələyib. Hətta vəziyyət o yerdədir ki, zərərçəkmiş şəxsin əsgərlikdən yeni gəlmiş qardaşı təqsirləndirilən şəxsi öldürmək istəyib.

Təqsirləndirilən və zərərçəkmiş hər ikisi eyni kənddəndirlər, uzaq qohumdurlar və A.Məmmədov etdiyi hərəkətdən sonra kənddə lovğalanıb və bildirib ki, biz ona heç nə edə bilmədik və o cəzasını elə ev dustaqlığında keçirib qurtaracaq.

Göründüyü kimi Aqşinin azyaşlı Aysunu zorlayaraq onu ailəsində və cəmiyyətdə rüsvay edib, onun bir müsəlman qadın kimi gələcək həyatını korlayıb və Aynuru ömürlük ləkələyərək bədbəxt edib. A.Məmmədovun az cəza alması cəmiyyətdə mənfı emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır.

Məhkəmə Aqşin Məmmədova cəza təyin edərkən ona qarşı mərhəmətli olub, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsin onu bağışlamamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almayıbr. Bu səbəbdən hesab edirik ki, A.Məmmədova 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir və bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur”.

Vəkil Vasif İsrafilov Səbail Rayon Məhkəməsinin hökmünü ləğv edərək Məmmədov Aqşin Həsən oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyası həddində 2 ildən daha ağır cəza, yəni 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 145
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."