!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəb direktorunun ölümünün təfərrüatları - ÖZƏL

!Reklam – Yazi

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov aprelin 22-də axşam saatlarında İnşaatçılar prospekti, 33 a ünvanında binanın 6-cı mərtəbəsindəki mənzilinin eyvanından yıxılaraq ölüb.

Yeniçağ.az-ın əməkdaşları olaraq Polad Əjdərovun ölüm təfərrüatlarını tam dəqiqləşdirmək üçün mərhumun üç mərasimi təşkil olunan Təzə Pir məscidinə yollandıq. Mərhumun anası Dilbər xanıma yaxınlaşaraq, hadisənin baş vermə səbəblərini öyrəndik:

– Aprelin 22-də Poladın ailəsi ad gününə getmişdi, mən də evdə deyildim. Polad evdə tək olduğundan darıxıb. Başını qatmaq üçün eyvana çıxıb. Orda pəncərənin torunu və kitab rəfləlrini düzəltmək istəyirmiş. Ayağının birini eyvanın məhəccərinə qoyub, o birini də stula. Başı hərlənib, özünü saxlaya bilməyib, eyvandan yıxılıb. Biz də xəbər tutan kimi tez hadisə yerinə gəldik. Söz-söhbət yayıldı ki, guya oğlum intihar edib. Yalan söhbətdir. Bu cür sözlər nə ona, nə də bizim ailəyə yaraşmaz. Polad çox gözəl insan idi. Bütün şagirdləri başına and içirdi. Oğul itkisi ağır dərddir. Elə bilirəm, balam bu dəqiqə içəri girəcək. indi hamı yanımızdadı deyə, o qədər təsirlənmirəm. Amma tək qalanda onun yoxluğunu hiss edirəm, burnumun ucu göynəyir. Artıq üç gündür balam yoxdu (ağlayır)”.

Keçmiş məktəb direktoru olan mərhumun işdənçıxma səbəbləri ilə maraqlandıq.

“Səhhətində problem vardı. Özü evdə dedi ki, işdən çıxmaq istəyirəm. Hətta biz də dəfələrlə dedik ki, “bəlkə düşünəsən. Kimsə səni məcbur edir?”. Demişdi ki, “yox, səhhətim əl vermir, özüm çıxmaq istəyirəm”.

Qeyd edək ki, Polad Əjdərov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 72 saylı məktəb-lisey kompleksinin direktoru olub. O, bir neçə ildir ki, ürək xəstəliyindən əziyyət çəkirmiş. Direktor bu il martın 1-də səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifəsindən azad edilib və yaxın günlərdə ürək əməliyyatı keçirəcəkmiş.

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

1014
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv