126822_res_01Rayonlarda virusla bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıdakı xəstəxanalarda qospitalizə ediləcək

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov “donuz qripi” ilə əlaqədar əmr imzalayıb. Bu barədə Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova bildirib.

Onun sözlərinə görə, yanvarın 19-da imzalanan əmrə əsasən, ölkədəki bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində ciddi dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.

Hazırda ölkə ərazisində “donuz qripi” A( H1N1) virusu ilə bağlı təhlükəli hala rast gəlinmədiyini qeyd edən şöbə müdiri bildirib ki, əmrdə uşaqlar arasında həkim yoxlamalarının aparılması, xəstə uşaqların sağlam uşaqlardan təcrid olunması ilə bağlı göstərişlər verilib.

R. İsmayılovanın sözlərinə görə, əmrə əsasən, “donuz qripi” ilə bağlı Gigiyena və Epidemiologiya mərkəzləri ciddi nəzarət tədbirləri həyata keçirəcəklər. Bütün yoluxucu şöbə, poliklinikaların A( H1N1) virus əleyhinə dərman vasitələri və maskalara təchiz edilməsi, o cümlədən Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasının əlavə testlərlə təmin edilməsi ilə bağlı da göstəriş verilib.

Nazir müavini təcili yardım mərkəzlərinə xüsusi tapşırıq verib ki, rayonlarda “ donuz qripi” ilə bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıda xüsusi ayrılmış xəstəxanalarda qospitalizə edilsin.

R.İsmayılova qeyd edib ki, tapşırıqlara əsasən, ağır vəziyyətdə olanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətiriləcək. Digər xəstələr isə Kliniki Tibbi Mərkəz və 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdiriləcək.(lent)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."