!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbdə namaz qılmaq qadağan edildi

!Reklam – Yazi

imagesYenicag.az xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə səhiyyə və pedaqoji təmayüllü məktəbdə şagirdlərin namaz qılmağı qadağan edilib.

Bu xəbər, orada təhsil alan şagidlərdən birinin sosial şəbəkədə paylaşmağı nəticəsində ortaya çıxıb. Beləki, o, namaz qılmaq üçün rəhbərlikdən icazə istəyib, onlar isə xeyr cavabını veriblər.

Açıqlama verən məktəb direktoru Inger Margrethe Jensen, bu xəbəri təsdiqləyib.

“Bəzi şagirdlər, məktəbdə məscid qurmaq istədi. Bəzən dəhlizi namaz qılmaq üçün istifadə etdilər. Din və təhsil fərqli şeylərdir. Din şəxsi həyata aid bir xüsusdur”, deyə vurğulayıb.

Jensen, yalnız dərs saatlarında deyil eyni zamanda tənəffüslərdə də namaz qılmağın qadağan olduğunu deyib.

Qeyd edək ki, əhalisi 5,6 milyon olan Danimarkada, 200 mindən çox müsəlman yaşayır.

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv