yenicag.az
yenicag.az

Məktəbdəki yanğınla bağlı rəsmi açıqlama

Məktəbdəki yanğınla bağlı rəsmi açıqlama

Müəllif: Redaktor

Editor

mektebde_yangin___1 (6)23Bakı Şəhəri üzrə Təhsil İdarəsi 95 nömrəli tam orta məktəbdə baş vermış yanğınla bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, bu gün səhər saat təxminən 09:10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın hadisəsi qeydə alınıb.

Məktəbdə olan bütün şagirdlər təxliyə olunub.

Qeyd olunub ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb: `Xəsarət alan yoxdur. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək`.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti