www.sinerjipro.net

SinerjiProWide
Reklam

k mehkeme yeni“Manatın məzənnəsinin dollara nisbətən ucuzlaşması məktəbli formalarının qiymətinin artmasına ciddi təsir etməyəcək”

Bunu AzVision.az -a Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O qeyd edib ki, bu il üçün standart qiymət təsdiqlənib və dəyişməyəcək.

“Hər kəs məktəbli formalarının bahalaşdığını deyir. Doğrudur, 7,5 faiz artım var. Bu elə də böyük qiymət artımı demək deyil. Demək olar ki, hiss olunmur. Ola bilər, kimlər üçünsə 3-4 manat fərq edir, amma ucuz paltar da tez sıradan çıxır. Ucuz, saxta məktəbli formaları bir dəfə yağışa düşəndə keyfiyyətini itirir”.

E.Əzimov yay fəsli olduğundan satışın zəif olduğunu qeyd edib. “Hazırda hamı istirahətdədir. Bizdə insanlar hər şeyi sonuncu dəqiqəyə saxlayırlar. Dərslərin açılmasına bir həftə qalmış isti havada uzun növbələr yaranacaq”.

Məlumat üçün bildirək ki, qiymət artımından sonra ibtidai siniflər üçün məktəbli formaları əvvəl 34 manat idisə, artıq 37 manatdır. Böyük siniflər üçün məktəbli forması 3 manat bahalaşaraq 46 manata satışa çıxarılıb.

Qeyd edək ki, məktəbli formalarının yenidən bahalaşacğı haqda məlumatlar yayılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 66
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."