!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblilər avtomobil üstündə bıçaqlaşıblar – Video

!Reklam – Yazi

unnamed (13)Şagirdlərin bıçaqlaşdığı məktəbin direktoru danışdı

Şəmkirdə məktəblini bıçaqlayan şagird polisin nəzarəti altındadır.

ARB Kəpəz xəbər verir ki, ötən gün səhər saatlarında Şəmkir rayonunun Yenihəyat kənd tam orta məktəbinin yaxınlığında xoşagəlməz hadisə baş verib.

Məktəbin 11-ci snif şagirdi özündən yaşca kiçik həmyerlisinə kəsici alətlə xəsarət yetirib. Yaralanan 10-cu sinif şagirdi dərhal ətrafdakıların köməyi ilə Şəmkir Mərkəzi Rayon Xəıstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan sonrakı müayinə və müalicə üçün reanimaisya şöbəsinə yerləşdirilib.

Füzuli Zeynalov həkim: “Qarnın ön divarının daxilə keçən kəsilmiş deşilmiş yarası diaqnozu ilə şöbəmizə daxil olub. Xəstə tərəfimizdən təcili əməliyyat olunub. Mövcud qüsurlar aradan götürülüb. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib”.

Şagirdlər arasında yaşanan hadisəyə məktəbin direktoru belə aydınlıq gətirib.

Qətibə Məmmədova Yenihəyat kənd tam orta məktəbinin direktoru: “Hadisə səhər saat 07:40 radələrin məktəbin yaxınlığında baş verib. Hər iki şəxs məktəbə avtomobillə gəlib. Avtomobili park etmək üstündə aralarında mübahisə yaranıb. Nəticədə dalaşıblar”.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət işi başlanıb. Cinayəti törədən məktəbli yetkinlik yaşına çatmadığından ilkin izahatı alındıqdan sonra polisin nəzarəti altında valideynlərinə təhvil verilib. Hadisənin dəqiq motivi istintaqın yekununda məlum olacaq.

 

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv