www.sinerjipro.net

SinerjiProWide
Reklam

17b5d5e3-e66c-4062-bf44-635dfc6a45c4Ulduz Şokolad Fabrikinin məhsulları böyüklərlə yanaşı uşaqların da rəğbətini illərlə qazanmaqdadır. Fabrik istehsal etdiyi və günü gündən artan çeşidləri və keyfiyyətli məhsulları ilə şokolad sevənlərin sevimli markasına çevrilmişdir.

Dünyanın 20-dən artıq ölkəsinə öz məhsullarını ixrac edən və dadı ilə dillər əzbəri olan şokoladların istehsal prosesi ilə tanış olmaq hər kəsi maraqlandırır. Məhz buna görə Ulduz Şokolad Fabriki illərdir məktəblilər üçün təmənnasız olaraq ekskursiyalar təşkil edir.

Ekskursiya zamanı fabrikdə məktəblilərə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında kiçik film göstərilir. Daha sonra istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə uşaqlara ətraflı məlumat verilir. İstahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etməklə böyükdən kiçiyə hər kəs xüsusi geyimlərlə təchiz edilir. Daha sonra fabrikin əməkdaşları ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat verərək hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradırlar. Sonda ekskursiya iştirakçılarına

“Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olunur, xatirə şəkili çəkilir.

Qeyd edək ki, 2014-cü ildən bu günə kimi fabrikimizi 342 məktəbdən 7540 şagird və müəllim qrupu ziyarət edib. O cümlədən 2016-cı ilin 6 ayında 84 məktəbdən 2416 şagird və müəllim qrupu fabrikimizdə ekskursiyada olublar.
Xatırladaq ki, 2001-ci ildən fəaliyyət göstərən, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş “Ulduz” şokolad fabrikində istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunmaqdadır. Fabrikin geniş çeşidli və keyfiyyətli məhsulları hər il Almaniya, Rusiya, Hollandiya, İran və BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda “Azərbaycan malı” adı altında layiqincə təmsil edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 118
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."