!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mələk Heydərova ilk kitabını təqdim etdi: “Bizdə QADIN”

!Reklam – Yazi

“Qadın yaşamağa gecikər. Boşasalar günahkarsan, boşansan, günahkarsan. Qız doğurdun, ya gec doğurdun günahkarsan. Döyüldün günahkar, zorlandın günahkar. Öldürüldün yenə sən günahkarsan …”

Aparıcı, jurnalist Mələk Heydərova “Bizdə qadın” adlı ilk kitabını təqdim edib.

Yenicag.az xəbər verir ki, kitabında sanki M. Heydərovanın daxili pıçıltısını sezmək olar. Mələyin yazılarında hər zaman bir işıq, ümid var. Çünki Mələk soruşur, düşünür və bu naxoş məhəbbətlərdən çıxış yolunu da deyir, oxucusunu ümidsizliyə deyil, ümidə dəvət edir.

Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyası çərçivəsində çap olunan kitab, ayrı-ayrı vaxtlarda yazılan publisistik yazılar toplusundan ibarətdir. Qadının güclü bir varlıq olduğu əks olunan kitabda, ailə, cəmiyyət, mental məsələlər öz əksini tapıb.

Tədbirdə qeyd olunub ki, bu kitab qadın oxucular üçün daha diqqət çəkən olacaq. Təqdimatdan sonra oxucular üçün imza mərasimi keçirilib.

Kitabın müəllifi çıxış edərək bildirib ki, bizdə dırnaqarası mental dəyərlərdən əziyyət çəkən qadınlar var:

“Hansı ki, onlar söz sahibi deyillər, öz hüquqlarını bilmirlər. Mən bir az da bu məsələni qabartmışam. İstəmişəm ki, qadınlarımızı maarifləndirim”.

Qeyd edək ki, “Bizdə qadın” adlı kitabı “Azərkitab”dan əldə edə bilərsiniz.

Yenicag.az

www.yenicag.az

3070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv