!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məleykə Abbaszadə Tarif Şurasının diktəsi ilə işləyir” - EKSPERT

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsi pullu olub. M. Abbaszadə bildirib ki, bu gün lazımi materiallar saytda açıq formada qoyulub və onları hər kəs yükləyə bilər:

“Bir ildən sonra onların hamısı pullu olacaq. Çünki həmin materialların hamısı bizim öz məhsulumuzdur. Bu məhsulu istifadə etmək bir tərəfə qalsın, hələ öz adlarına çıxarırlar. Heç olmasa, istifadə etdikdə pul versinlər”.

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən təhsil üzrə ekspert Nabatəli Pələngov bildirib ki, qanun buna imkan verir:

“Keçən ilin fevral ayında Prezident sərəncam verdi və həmin sərəncama əsasən DİM-nə “public” hüquqi şəxs statusu verildi. Bu da o deməkdir ki, pullu xidmət göstərə bilər. TQDK-nın DİM-nə çevrilməsi o məqsədlə edildi ki, pullu xidmət göstərsin. Bu da dövlətin büdcəsi üçün edildi. Mən bunu ədalətli hesab etmirəm. Çünki Azərbaycan xalqı bu dəqiqə yaxşı yaşayan xalqlar sırasında deyil. Xüsusilə də təhsilə diqqət yetirmək lazımdır və doğrudan da dövlət təhsili prioritet sahə hesab edirsə, mütləqdir ki, pullu xidmətlər olsa da, qoyulan məbləğlər miqdarından aşağı olmalıdır. Yəni sadə və simvolik xarakter daşımalıdır. Həm də bu məsələlər Məleykə Abbaszadədən asılı deyil. Çünki bunu əvvəlcədən Tarif Şurası müəyyən edir. Məleykə xanım da Şuranın diktəsi ilə işləyir. Göstərişlər yuxarıdan gəlir, bu xanım da yerinə yetirməyə məcburdur”.

Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, DİM TQDK-nın ləğvindən sona yaradılan bir qurumdur:

“Bu qurum “public” hüquqlu və özünü öz hesabına saxlayan bir şəxsdir. Qurumun xərcləri öz hesablarına yerinə yetirilir. Bəzi hallarda nəşrlərin, imtahanların, məlumatların ödənişli şəkildə verilməsi təbii qəbul olunmalıdır. Çünki quruma külli-miqdarda vəsait lazımdır. DİM-nin bu qərarına təəccüblənmək lazım deyil. Onsuz da dünyanın hər yerində təhsil pul tələb edir. Hətta belə bir aforizm də var: “təhsil puldur”. Amma müəyyənləşdirilmiş qiymətlər ictimaiyyətə və cəmiyyətə sərfəli olmalıdır”.

 

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

697
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv