Məlumat Hesablama Mərkəzi tender keçirir

Müəllif: Redaktor

Editor

rabiteRabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Müəssisə Resurslarının Planlaşdırılması” (Enterprise Resource Planning) proqram təminatının satın alınması məqsədi ilə açıq tender elan edib.

Yenicag.Az  xəbər verir ki, proqram təminatının quraşdırılması və işə salınması ilə bağlı işlər 2 il müddətində həyata keçirilməlidir.

Proqram təminatına pul dövriyyəsinin tənzimlənməsi, əsas vəsaitin hərəkəti, büdcənin hazırlanması, satınalmalar, satış kanalları, anbar uçotu və inventarlaşma, insan resurslarının idarə olunması (əməkhaqqı fondu, kadrların uçotu, vaxt və davamiyyət, məzuniyyətin hesablanması, ezamiyyətin hesablanması) və hesabatlar kimi modullar daxildir.

Tenderdə iştirak haqqı 2 min manatdır. İddiaçılar ilkin sənədləri fevralın 22-nə qədər, tender təklifini və onun dəyərinin 2%-i həcmində bank təminatını isə fevralın 28-nə qədər MHM-in yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 185 (köhnə Droqal döngəsi 702) ünvanına təqdim etməlidirlər.
Təkliflərə martın 1-də, saat 15:00-da MHM-də baxılacaq.

Yenicag.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır