!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məmmədbağır Bağırzadə ilə bağlı 33 illik SİRR AÇILDI - Video

!Reklam – Yazi

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər mərhum xalq artisti Məmmədbağır Bağırzadə ilə bağlı heç yerdə demədiyi sirri açıb.

Yenicag.az-a açıqlama verən bəstəkar illəröncə baş verən bir hadisəni xatırladıb:

“Sovetin qılıncının qəbzəsinin də kəsən vaxtları idi. Onda bəstəkar yazdığı mahnıya görə müğənnidən pul almazdı. Buna görə cəzalana bilərdi. Çünki bu məsələ Bədii Şuranın nəzarəti altında idi. Biz əsərimizi, mahnımızı Bədii Şuraya təqdim edirdik və buna görə də qonorar alırdıq. Bir gün dedilər ki, Məmmədbağır Bağırzadə təcili səni axtarır.

Görüşdük. Nəbi Xəzrinin bir şeirini gətirmişdi. Dedi ki, bu şeirə bir mahnı yaz, amma məndən başqa heç kim oxumasın. Dəqiq yadımda deyil, təxminən 1984-cü il olardi… “Heç küsməyin yeridirmi” adlı mahnını yazıb, ona verdim. Həmin vaxt Nəzakət Məmmədova da həmin şeirə yazılmış eyniadlı başqa bir mahnını oxuyurdu. Amma mən həmin ərəfədə xaricdə yaşadığım üçün belə bir mahnının olduğunu nəinki bilmirdim, heç eşitməmişdım də. Yəni bu şeirə artıq mahnı bəstələndiyindən xəbərsiz idim. Nə isə… Mən mahnını bəstələyib, Məmmədbağıra təqdim etdim. Mahnı qısa müddətdə məşhurlaşdı. Elə o mahnıyla özüm də tanındım. Bir gün Məmmədbağır mənimlə görüşdü və mahnıya görə təşəkkürünü bildirdi.

Qəfildən əlini cibimə saldı, dedi ki, “şirinlikdir” geri qaytarsan, inciyərəm. Sözünü yerə salmadım. İlk dəfə mahnıma görə mənə pul verən müğənni Məmmədbağır Bağırzadə oldu. O dövrün pulu ilə 500 manat idi. Bu sirri ilk dəfədir ki, sizə açıram. Sonradan o mahnını türk müğənnisi Neşe Karaböcək də oxudu”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

3949
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv