www.sinerjipro.net

SinerjiProWide
Reklam

dollarkreditcredit-e1450852449758-300x188Natiq Cəfərli: “Belə məmurların cəzalandırılması, tamamilə sistemdən qovulması, daha ciddi cəzaların tətbiq edilməsinə qədər gedib çıxacaq tədbirlər görmək  lazımdır”

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə məmurların müdaxilə etməsinin, onların fəaliyyətinə əngəl olmasının yolverilməz olduğunu dəfələrlə vurğulayıb. Eyni zamanda, dövlət başçısı bildirib ki, sahibkarların məmurlar tərəfindən boğulmasına qarşı kəskin mübarizə aparılacaq. Amma buna baxmayaraq, mətbuatda yazılanlardan da göründüyü kimi, məmurlar yenə də sahibkarlardan əl çəkmirlər. Onlar zəlil kimi yapışdıqlarını buraxmayaraq, sahibkarlara əvvəlki tək hər cür zülm etməkdə davam edirlər.

Görəsən, sahibkarlıq subyektlərinə məmurlar tərəfindən edilən bu özbaşınalıq, zorakılıq hallarının qarşısını necə almaq olar?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında sahibkarlara maneə olan məmurların artıq ciddi şəkildə cəzalandırılması mexanizmlərinin tətbiq olunmasını vacib bildi: “Məmurların sahibkarlara qarşı özbaşınalığı kimi hallar yenə də təkrarlanır, tez-tez baş verirsə, belələrinə qarşı  ciddi cəza mexanizmləri tətbiq olunmalıdır.  Burada artıq xəbərdarlıqlar, müəyyən sözləri deməklə məsələni həll etmək mümkün olmur. Bu fonda həmin məmurların cəzalandırılması mexanizmi olmalıdır ki, digərləri üçün də dərs olsun. Məmur biznesdən çəkilmək istəmir. Bu baş verdikcə də iş adamlarına, vətəndaşlara əngəl olmaqla məşğuldur. Məmur bunu da öz maraqları çərçivəsində edir. Belədə nə qədər çox maneə olursa, bir o qədər də qeyri-sivil yollarla pul qazanmaq ehtimalı artır. Buradan çıxış edərək, bu tip məmurların cəzalandırılması, tamamilə sistemdən qovulması, daha ciddi cəzaların tətbiq edilməsinə qədər gedib çıxacaq tədbirlər görmək  lazımdır.  Çünki, artıq xəbərdarlıqlar, müəyyən sözlü müdaxilələrlə vəziyyəti düzəltmək olmur. Bu insanlar, belə başa düşürəm ki, ancaq  ciddi cəzalandıqdan sonra onların sahibkarlıq subyektlərinə müdaxiləsinə son qoymaq istiqamətində irəliləyişlərin olacağını görmək mümkün olacaq. Bir sıra ölkələrdə də bununla bağlı örnəklər mövcuddur, məsələn, Sinqapurda, Cənubi Koreyada”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."