!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmur səhlənkarlığı Goranboydakı pambıq sahələrini məhv etdi

!Reklam – Yazi

Son illərdə dünyada davam edən qlobal iqtisadi-maliyyə böhranı bir çox ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Son illər neftin qiymətinin kəskin düşməsi isə “qara qızıl” ixtacatçıları olan ölkələrin gəlirlərinin azalmasına səbəb olub.

Ancaq ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən çevik siyasət nəticəsində bu kataklizmlərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək mümkün olub. Beynəlxalq müstəvidə yaranmış iqtisadi çətinliyin Azərbaycana təsirini azaltmaq və neft sektorunun azalan gəlirlərinin yerini doldurmaq üçün ixracyönümlü məhsulların istehsalına başlanılıb. Qeyri-neft sektorunun, kənd təsərrüfatı, emal sahələrinin inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Bu mühüm sahələrdən biri də əkinçilik sektorudur. Əlverişli coğrafi mövqeyi olan Azərbaycanda kənd təsərrüfatının bir çox sahələrini inkişaf etdirmək mümkündür. Buna görə də ölkəmizdə dünya bazarında böyük tələbat olan məhsulların əkilməsinə start verilib. Belə məhsullardan biri pambıqdır.

Azərbaycanda pambıqçılığın inkişafı artıq hökumətin iqtisadi proqramında prioritet sahələrdən biri kimi qiyd olunur. Bu fikri Azərbaycan prezidenti İlham Əliyev keçirdiyi bütün müşavirələrdə səsələndirib. Dövlət başçısı bu ilin mart ayında Saatlıda keçirilən müşavirədəki çıxışında deyib ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır.

Artıq bu ildən başlayaraq ölkənin bur çox rayonlarında fermerlər pambıq əkməyə başlayıblar. Belə rayonlardan biri də Goranboy rayonudur. 2017-ci ildə Gornaboyda 5 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb.

Goranboy fermerləinin sözlərinə görə, hökumətin çağırışından sonra ruhlanaraq nəzərdə tutulduğundan artıq sahədə pambıq əksələr də müvafiq qurumların və Goranboy RİH başçısının laqeydliyi və səhlənkarlığı nəticəsində pambıq sahələrində ürəkağrıdıcı bir mənzərə yaranıb. Belə ki, əkilən pambıq cücərsə də, ona lazımi gübrə, minerallar vaxtında verilməyib və ən əsası da suvarma işləri vaxtında aparılmayıb. Bunun nəticəsində isə pambıq kollarının böyük bir hissəsi məhv olub. Fermerlər bildiriblər ki, pambıq sahələrinə suyun verilməsi ilə bağlı Goranboy rayon İcra hakimiyyətinə və onun başçısı Nizaməddin Quliyevə dəfələrlə müraciət edilsə də, heç bir nəticəsi olmayıb.

Fermerlər pambıq sahələrinin məhv olması ilə yanaşı çəkdikləri əziyyətin və bu sahəyə qoyduqları sərmayənin batdığını bildirirlər. İndi onlar ziyanlarını necə kompensasiya edıcəklərini bilmirlər. Bu işdə fermerlərə yardım edən də yoxdur.

Fermerlərin sözlərinə görə, daha sonra respublikada yağan güclü yağışlar nəticəsində çayların məcradan çıxması da Goranboyda xeyli pambıq sahəsinin məhv olmasına yol açıb.

Rayon rəhbərliyinin onlara göstərdiyi biganə münasibətə görə fermerlər artıq pambıq sahəsindən üz döndərərək daha çox günəbaxan əkməyə üstülük verirlər. Səbəbini də belə izah edirlər ki, bu bitkinin suya tələbatı az olmaqla bərabər, becərilməsi az zəhmət tələb edir. Ucuz və asan başa gələn məhsuldur.(icmal.az)

www.yenicag.az

2022
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv