!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident yoxlamaları qadağan etdi, məmurlar sahibakları soymaq üçün bunu etdilər

!Reklam – Yazi

ilhameliyevesas1Rəşad Həsənov: “Yeganə çıxış yolu iqtisadiyyatın liberallaşdırılmasıdır”

Son zamanlar ölkə iqtisadiyyatında müəyyən duruluq əlamətləri hiss olunmaqdadır. Neftin qiymətinin kəskin aşağı düşməsi fonunda dövlət büdcəsinin gəlirləri gələn il üçün bu ilkindən 25 faizə yaxın az olacaq. Bundan başqa devalvasiyadan sonar çətin vəziyyətə düşən əhali bank kreditlərini verə bilmir. İşsizlik də artır. Prezident sahibkarlara dəstək olur, onların yoxlanılmasına 2 il müddətinə qadağa qoyulub. Ancaq məmurlar yenə də öz bildiklərini edirlər. Məmurlar “monitorinq”, “nəzarət” adı altında özəl müəssisələrdə “yoxlamalar” aparmaqda davam edirlər. Bir sıra nazirliklər və komitələr iş yerlərinə basqınlar edərək, bunun adını da “monitorinq” qoyurlar. Nəzarət adı altında iş adamları soyulur. Vəziyyətin belə hal aldığı fonda görəsən iqtisadçılar çıxış yolunu nədə görürlər?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, məmurların “monitorinq” və s. adlarla yoxlama aparmalarının qarşısını almaq üçün qanunlardakı boşluqlar aradan qaldırılmalıdır: “Sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılması ilə bağlı qanun layihəsinin özündə ciddi boşluqlar var. Bu boşluqlardan da istifadə edən qurumların sayı durmadan artacaq. Söhbət burada qanunsuz yoxlamalardan gedirsə, 15 yaxın dövlət və hökumət təşkilatının qanuni yoxlama aparmaq səlahiyyəti var. Ona görə də burada ciddi dəyişikliklərə ehtiyac var. Həmin qurumlardan o səlahiyyətlər alınmalıdır. Bəzi qurumlar isə ümumiyyətlə ləğv edilməlidir. Çünki, bir-birinin işini təkrarlayır. Məsələn, tikintidə nəzarəti həyata keçirən bir neçə qurum var ki, bir-birinin işini təkrarlayır. Belə qurumlar ya bir əldə cəmləşməli, ya da ümumiyyətlə ləğv edilməlidir. O cümlədən digər hökumət və dövlət orqanlarının yoxlama aparmaq səlahiyyəti ya qanunla qadağan olunmalı, ya da xeyli dərəcədə məhdudlaşdırılmalıdır. Bunlar baş verməsə, köklü, sistemli islahatlar olmasa, təbii ki, bir qanunla həmin yoxlamaların qarşısını almaq mümkün olmayacaq və sahibkarların iş fəaliyyətində yaranan problemlərin aradan qaldırılması çətin hal alacaq. İki il ərzində bütün yoxlamalar dayandırılırsa və minlərlə insan bu günə qədər ancaq həmin yoxlamalarla məşğul idisə, dayandırıldıqdan sonra, onlar nə iş görəcək? Təbii ki, onlar da monitoriq, nəzarət və başqa adlarla yeni yoxlama növləri icad edəcək, biznesə yenidən müdaxiləyə cəhd göstərəcəklər. Ona görə məsələnin köklü həlli lazımdır. Bunun üçün isə qanunlardakı boşluqlar aradan qaldırılmalı, qanuni şəkildə yoxlayıcı səlahiyyətlər orqanların əlindən alınmalı, ya da məhdudlaşdırılmalıdır. İndiki halda isə sahibkarlar çaşqın vəziyyətdədir. Anlaya bilmirlər ki, müxtəlif adlarla yoxlamağa gələn kimlərə etiraz edə, kimlərə isə etiraz edə bilməzlər. Verilən qanun hələlik bu sualların cavabını tapmayıb, onun mexanizmi işlənib hazırlanmayıb ki, oyun qaydaları şəffaf şəkildə həyata keçirilsin”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə Yenicag.az-a açıqlamasında problemdən çıxış yolunu iqtisadiyyatın liberallaşmasında gördüyünü bildirdi: “Təxminən 2015-ci ilin bu gününədək ölkə iqtisadiyyatında idarəetmə sistemi bir formada idi. Bu gün isə həmin sistemdə yumşalma hiss olunur. Amma əvvəldən də proqnozlaşdırılırdı ki, hazırkı yaranmış şəraitdən yeganə çıxış yolu liberallaşmadır. İqtisadiyyat liberallaşmalıdır, sahibkarların fəaliyyəti, status yüksəlməlidir. Dövlət qurumlarının biznesə müdaxiləsinin həcmi azalmalıdır. Gömrük məsələsində də islahatlar aparılmalıdır. Yəni indiki şəraitdə ölkə iqtisadiyyatını xilas etməyin yeganə yolu iqtisadiyyatın liberallaşdırılmasıdır. Bu istiqamətdə müəyyən qərarlar verilməsinə baxmayaraq, onların icrası məsələsi hələlik problem olaraq qalır. Dövlət başçısı vergi məmurlarının özbaşınalığı və sahibkarlar üçün süni problemlər yaratması məsələsinə toxunmuşdu. Belədə sahibkarlarda inam yarandı ki, artıq Vergilər Nazirliyi əməkdaşlarının özbaşınalığının qarşısı müəyyən qədər alınacaq. Lakin sonrakı dövrlər göstərdi ki, həmin nazirliyin əməkdaşları əvvəlki qaydada sahibkarlara təzyiqlərini davam etdirir. Sonradan bu məsələ ilin 9 ayının yekunlarına dair Nazirlər Kabinetinin toplantısında daha ciddi şəkildə ortaya qoyuldu. Ardınca Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətilə bağlı məsələ ortaya çıxdı. Aydın oldu ki, Azərbaycan sahibkarları həqiqətən də ciddi təzyiqlər altında fəaliyyət göstərir. Bu kimi steoreotiplərin aradan qaldırılmasının yeganə yolu ictimai inamın, investisiya inamının bərpa olunmasıdır. Bunlar olmadığı təqdirdə mövcud problemləri də tam aradan qaldırmaq mümkün olmayacaq. Köhnə qaydalarla fəaliyyət göstərməyə alışmış məmurlar da hansısa formada bu fəaliyyətdən kənarlaşdırılmalıdır. Belə tip məmurların islahatlardan danışması heç bir halda inandırıcı görünmür. Ona görə də etimadsızlığın aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Gömrükdə inhisarçılıq aradan qaldırılsa sonrakı dövrlər üçün sahibkarlıq təşəbbüslərinin genişlənməsini də müşahidə edəcəyik. Bu addımın atılması qiymətlərin də real səviyyəyə düşməsinə və istehlakın artımına gətirib çıxaracaq, belədə istehsal prosesi də artacaq”.

ELÇİN

www.yenicag.az

1064
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv