Yazı İçi 468×60

2015-11-06-12-13-50silahİran parlamentinin Qərbi İslamabad və Dalaho bölgəsindən olan nümayəndəsi Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.

H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.

Məlumata görə, “Pejo” markalı avtomobildə olan şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin baytarlıq idarəsinin rəisi həyatını itirib.

Dalaho şəhər bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə xəsarət almayıb. (Apa)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."