!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Mən “roza”lar haqqında, …”

!Reklam – Yazi

5-808Aygün Kazımova ilə Roza Zərgərlinin qalmaqalı bitməmiş yeni bir qalmaqal – prodüsser Tarix Əlievlə Roza Zərgərli arasında söz-söhbət yaranıb. Ortalıq əməlli-başlı qızışır. BiG.AZ-a açıqlama verən prodüsser Roza Zərgərli barəsində bunu deyib: “Mən “roza”lar haqqında danışmıram. Vəssalam”.

Xatırladaq ki, müğənni Roza Zərgərli axşam.az-a açıqlamasında Tolik barəsində bunları demişdi.

“Şou-biznesdə qalmaqal dəbə düşdü. Mən Aygün Kazımova ilə mübahisə etdikdən sonra müğənnilər bir-biri ilə dalaşmağa başlayıb. Ətlə dırnağın arasına girən iylənib çıxar. Bizim qalmaqalımıza üçüncü şəxs niyə müdaxilə etməlidir? Tolik gedib öz çalışdığı ifaçılara baxsın. Elnur Hüseynov kimi böyük səsə söz atırlar. Azərbaycanda Elnur kimi səs var. Amma bu “S Twins” (Sevil və Sevinc bacıları – red.) qrupu deyil. Tolikin mənə nəsə deməyə haqqı yoxdur. Onun hal-hazırda işlədiyi əkizləri mən səhnəyə çıxarmışam və məşhur etmişəm. Mən tək ifaçı yox, həm də prodüserəm. 6 ay ərzində tanınmayan iki qızı məşhurlaşdırmışam. Ona görə də Tolik Roza Zərgərli adı qarşısında bir az ehtiyatlı olsun. Mənim sənətə gəldiyim illərdə Tolik deyə bir prodüser yox idi. Mən Yalçın Cabbarovu, Nigar Hacızadə, Anar Mədətovu tanıyırdım. Toliklə münasibət saxlamışam. Amma bu ona mənim ünvanıma elə sözlər demək haqqını vermir”.

Yenicag.az

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv