“Mənə desə ki, “kupalnik” də çıx, onu da edərəm” – Video

“Mənə desə ki, “kupalnik” də çıx, onu da edərəm” – Video

Müəllif: Redaktor

Baş Redaktor

144075904055e03d007d5ca“Müğənnilər özlərini aldadırlar”

“ARB Ulduz”da yayımlanan “Şou məkan” proqramının növbəti qonağı olan müğənni Roza Zərgərli eksklüziv açıqlamaları ilə yadda qalıb.

“Tale yollarında səhv etmiyin. Çalışın, o yolları özünüz tapın”, söyləyən Roza Zərgərli eksklüziv açıqlamaları ilə diqqət çəkib.

Roza Zərgərli sənətə geri döndüyü zaman, sən demə, onun üçün qoyulan qanunlar və qadağalar varıymış. Belə çıxır ki, müğənni həmin qadağaları pozmaq üçün dünyaya gəlib.

“Şou-məkan olaraq, ilklərdən olduz ki, Novruz bayramında mənim evimə girib çəkiliş etdiz. Mən çalışmışam ki, nə evimi, nə də maşınımı gündəmə gətirim. Sadəcə sizin verilişdə çalışan dostlarım var ki, “əppəyimi” oğurlayıb çəkiblər. Ona görə də, bəzi mövzular nə üstüörtülü danışılmalı, nə də müzakirə olunmalıdır.

Qadağa mən sənətə qayıdanda deyilmişdi ki, ev-eşik, maşın, uşaq çəkilməsin. İndi övladlarımın sənətləri bu sahədə olduğu üçün efirlərə çıxırlar. Hər halda, kiçik oğlum hərbçi olmaq istəyir. Onun da ki, nə işi var efirdə”.

İfaçı, son vaxtlar hamının qolunu çırmalayıb üstünə qaçdığı rejissor Nail Naiboğlu ilə quracağı işbirliyindən, yeni layihələrindən danışdı.

“Nail Naiboğlu nəhayət ki, mənə klip çəkəcək. Söz verib ki, hər şey mükəmməl olacaq. “Spor” mahnısı vasitəsilə Naillə ilk işbirliyim olacaq. Özüm də həyəcanla gözləyirəm. Nailə söz vermişəm ki, heç bir işinə qarışmayacam. Onu öz fəaliyyətinə baxacam.

Albom çıxarası deyiləm . Çünki bunun anlamı yoxdur. Bütün mahnılarım “Youtube” də var. Onlara qulaq asmaq istəyən girib qulaq asa bilər”.

Yalnız Roza Zərgərli yox, elə bütün müğənnilər klip çəkdirməyi, ona təqdimat etməyi mənasız sayırlar. Sənətçi bunun səbəbini belə açıqladı.

“Artıq kliplərə təqdimat etməyəcəm. “Qəmli nağıl” a klip çəkdirdim. Son təqdimatda da bildirdim ki, bu, son təqdimatdır. Artıq buna zaman yoxdur. Təqidmat 3-4 gün vaxt alır. Onu yerinə başqa işlə məşğul olaram”.

Bəlkə, pulunuz bitib?

“Pulum yoxdur, bəyəm 30 nəfərə yeyib-içmək verə bilməyəcəm. Yox, ona görə deyil. Sadəcə klip təqdimatı dövranı getdi”.

Müğənni illərdir yanıb-yaxıldığı arzusu üçün çoxlarının ürək edib çəkilməyəcəyi səhnələri belə düşünmədən canlandıracağını söylədi?

“Çox istəyirəm ki, Ukraynada doğulmuş, Rusiyada fəaliyyət göstərən Alan Badoev mənim üçün klip çəksin. İnan ki, o, mənə desə ki, sən orda “kupalnik” də çıxmalısan və ya başında meyvə səbəti olmalıdır, atın üzərində tərs oturmalısan, paraşütlə tullanmalısan, hətta suyun altında boğulana kimi qalmalısan, o, nə desə mən yenə də edərəm. Həmin rejissorun işlərini çox bəyənirəm”.

Sosial şəbəkələrdəki gülməli vəziyyətə münasibət bildirən sənətçinin bu sözləri tıxaca düşmədən kimlərinsə ünvanına gedib çatdı, yəqin.

“Hamı bilir ki, 100 dollar qoyursan, gecə izləyicilərinin sayı artır, “like”larin artır. Sadəcə həmin müğənnilər özlərini aldadırlar”. “İnstagram”da bir şəkil qoyuram. Məsələn, mahnı oxuyursan da, hamı tərifləyir qəşəng fikirlər yazır. 3-4 nəfər girib yazır ki, səsin, yoxdu, “vidin” yoxdu, nə gündəsən. Sonra maraq üçün həmin adamın profilinə baxırsan ki, şəxsiyyəti bəlli deyil”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Maqazin, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti