Yazı İçi 468×60

sekine ismayiovaDünən prezident İlham Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif edilən Xalq artisti Səkinə İsmayılova təəssüratlarını bölüşüb.

Muğam ifaçısı göstərdiyi diqqətə görə, ölkə başçısına və birinci xanıma təşəkkürünü bildirib: “Gördüyüm işlərə, şəxsiyyətimə, sənətimə verdikləri dəyərə görə, prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Hesab edirəm ki, bu mükafat mənimlə çiyin-çiyinə çalışan insanlara, muğam sənətinə verilən dəyərdir. Muğam çətin yoldur. Bu yolu tutmaq, onun ağırlığını daşımaq hər adama nəsib olmur.

Xalqın sevgisi, dövlətin, ölkə başçısının diqqəti, qayğısı sənətkarı böyük zirvələrə çatdırır. Bu zirvəni peşəkar sənətkarların hamısına arzulayıram. Prezidentin məni mükafatlandırması ad günüm üçün ən gözəl, ən dəyərli hədiyyədir. Dünəndən telefonlarım susmur. Hətta tanımadığım dövlətlərdən, müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılardan təbrik zəngləri gəlir”-deyə Səkinə İsmayılova bildirib.(Azvision)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."