gulnarenin eri azaXəbər verdiyimiz kimi, toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb. Bu barədə “st-petersburg.1nnc.net” yazıb.

“Mayın 27-də Samiri həbs edib məhkəməyə apardılar. Lakin vəkil 3 milyon rubl (67 min 800 AZN) müqabilində onun azad olunmasını istədi. Hakim bununla razılaşaraq onu girov müqabilində azad edib”, – deyə Həbibov ailəsinə yaxın mənbə qeyd edib.

Bununla bağlı Sankt-Peterburq üzrə İstintaq komitəsi rəsmi açıqlama verməyib.

Gülnar Vəliyevanın atası Şücaət Vəliyev AzVision.az-a açıqlamasında Samir Həbibovun pul müqabilində azadlığa çıxdığını təsdiqləyib.

“Qızımın yasını verdikdən sonra Sankt-Peterburqa qayıdacağam. Onlar pullarına güvənirlər. Samiri pul verib, azadlığa buraxdırıblar. Biz də bu məsələni belə qoymayacağıq. Lazım olsa bütün instansiyalara müraciət edəcəyik. Qızımın qatili azadlıqda olmamalıdır. Onlar pullarına arxalanırlarsa, biz də Allahımıza güvənirik”.

Gülnar Vəliyevanın atası qızının Samirlə ailə qurmasına öncədən razı olmadığını deyib: “Oğlanın atası Şakir bizə beş dəfə elçi gəlib. Biz qızımızı vermək istəmirdik, onlar da əl çəkmirdilər. Şakir qızı alanda bizə vədlər vermişdi. Biz də onlara inanıb, toya razılıq verdik. İndi tək istəyim, qızımın qatilinin cəzalandırılmasıdır.

Şakir hadisədən sonra üç dəfə mənə zəng etdi. O, yas mərasiminin keçirilməsi üçün mənə pul təklif etdi. Mənə qızım lazmdır, pul yox. Mən qızımı, namusumu pulla satmaram. Onlara çatdırdım ki, mənə onların pulları lazım deyil. Məqsədimiz qatilin cəzalandırılmasıdır. Samir qudurğan insandır. Elə bilir ki, pulu var, bütün dünya onundur”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 22
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."