www.sinerjipro.net

SinerjiProWide
Reklam

9a4c4440a59d1c85a3529d9caf7fa349Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Yenicag.az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sektorun analizini aparır.
Şirkət mobil operator ilə bağlı məlumatı təqdim edir.

2015-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1401 xəbər yerləşdirilib.
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 250 xəbər dərc edilib, televiziya kanallarında isə mobil operatorlarla bağlı 9 xəbər göstərilmişdir.
Ümumilikdə iyul ayı ərzində mobil operatorlar 1660 xəbərlə qarşımıza çıxır.

İyul ayında qəzet və jurnallarda mobil operatorlar haqqında 250 məlumat dərc edilib.
250 xəbərdən 237 xəbər neytral, 6 xəbər mənfi, 7 xəbər isə müsbətdir.
Mənfi xəbərlər Azercell və Bakcell şirkətinə aiddir.
Mənfi xəbərdə söhbət şirkətlərin fırıldaqlarından gedir.7 müsbət xəbər isə Bakcell şirkətinə aiddir.
90- xəbər nəzarətsiz,160-ı isə nəzarətlidir.104 xəbər sırf şirkətlərlə bağlı,92 qısa bəhs, 52 xəbər isə nizamlı,2 xəbər isə yalnız firma adı.114 xəbərdə şirkətin adı başlıqda,136- da isə mətndə gedir.

Xəbər sayına görə sıralama:

1. Azercell 123 xəbər
2. Bakcell 101 xəbər
3. Nar Mobile 21 xəbər
4. Naxtell 5 xəbər

İyul ayında televiziyada mobil operatorlar haqqında 9 xəbər göstərilib:
1. Azercell 8 xəbər
2. Bakcell 1 xəbər
9 neytral, nəzarətli, firmaya məxsusdur.

Saytlarda isə iyul ayında mobil operatorlar haqqında 1401 xəbər yer alıb.

1401 xəbərdən 1279- u neytral,85-i isə mənfi,37-i isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasinda həm Bakcell,həm də Azercell–in adı keçir.
566 xəbər qısa bəhs, 225 nizamlı,610 xəbər isə firmaya məxsusdur.
749 xəbər nəzarətsiz, 652 xəbər isə nəzarətlidir.

Xəbər sayına görə sıralama:
1. Azercell 673 xəbər
2. Bakcell 567 xəbər
3. Nar Mobile 153 xəbər
4. Naxtell 8 xəbər

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."