Yazı İçi 468×60

60270_qic9cvkn8zMüğənni Röya Ayxan ATV-də yayımlanan “Hər axşam” verilişinin qonağı olub.

51 kiloqram olan sənətçi aparıcının “Yəqin eşqə düşmüsən” sualına belə cavab verib:

“Mən həmişə 50 kiloqram olmuşam. İndi 51 kiloqrama qalmışam. Mənim kimi maral meşədə elə-belə qalmaz. Onun ovçusu həmişə var”.

R.Ayxan onu qıcıqlandıran hallardan da bəhs edib:

“Həkimə gedəndə qıcıqlanıram. Hamı bir-birinə zəng edir ki, “Röya həkimdədir”. Saç ustam belə mənə zəng vurur, soruşur ki, “Nə olub?”. Deyirəm, “Mən də insanam, canım ağrıya bilər”. Paltar mağazasına getmirəm. Çünki həmişə almayıb, qayıdıram. Ona görə də evimə gətirirlər. Nəsə alsam da, onu geyinib baxmıram. 36 ölçüdə götürüb, evə gətirirəm. Böyük olanda isə hədiyyə verirəm. Diqqətdə olmağımın səbəbi dostlarımdır. Qulaq asmağı sevənəm”.

Yeniliklərindən danışan sənətçi 6 ay heç bir layihə təqdim etməyəcəyini bildirib:

“İkinci layihə gəlir, amma 6 aydan sonra. Bu haqda danışa bilmərəm. Ozanla (musiqiçi Ozan Çolakoğlu) müqaviləmiz var, 6 ay heç nə edə bilmərəm. Mənə görə narahat olanlara demək istəyirəm ki, narahat olmayın. Məndən istifadə edə bilməzlər. Düz yolumu bilirəm. Layihələrimdən həmişə gəlir əldə etmişəm. Amma çox xərcləyirəm. Bu il 400 min qazancım olub. Oturub hesablayanda görmüşəm ki, milyon yarım xərcləmişəm. Mahnılarımı Türkiyədə yazdırır, Almaniyada hazırlatdırıram. İstəyərəm ki, pulumu öz ölkəmdə xərcləyim. Amma bizdəkilər bacarmır. Gedirsən ki, studiyalarda 2 milyonluq aparatlar var. Amma onun cəmi iki düyməsini işlədə bilirlər”(Axşam)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."