www.sinerjipro.net

SinerjiProWide
Reklam

12083910_10206666304969038_954746597_nNadir Qafarzadənin “Maral”ı nə az, nə çox 5,509,842 dəfə Yutubda izlənilib. Opera, klassik musiqi azarkeşi xalqımızın bu rəqəmlərdə hər hansı rolu yoxdur. Mənfur alman xalqı gündə 100 dəfə “Maral”a göz tikir, barmaq vurub say artırır, adımızı batırır.

Sosial şəbəkələrdə bizimkilərin paylaşdığı mahnılara baxanda insanın ağlına başqa bir şey gəlmir. Rahatlıqla and içə bilərsən ki, bizimkilər aşağı yeri Dalida, Edif Piaf, Frank Sinatra həndəvərində hərlənir. Guya ki, Nadirə, Rəqsanəyə, Röyaya ancaq amerikalılar, avropalılar qulaq asır. Sonra da bizim üstümüzə atırlar.

Son 1 aydır ki, ölkə mətbuatı iki telekanal rəhbərinin didişməsinə tamaşa ilə əlləşir. Ən gülməlisi isə odur ki, nə media, nə də tərəfələr anlamır ki, mətbəx söhbətləri, hansı düşük aparıcını hansı telekanalın oğurlaması oxucuya, tamaşaçıya maraqlı deyil. Axı, mənim babama Mətanətin alt paltarını kimin televiziyasında izləməyi maraqlı deyil. Yaxud da Xoşqədəmin hansı kanalda 5 manata efirə adam çıxartmağı, beqəfil ürəyi gedib özünü divana sərməyini görmək üçün pultda rəqəm tuşlamaq kifayət edir. Televiziyaların pul və aparıcı davaları məzlum tamaşaçıya maraqsızdır. Media nəhayət ki, “adminkasını” qabağına qoyub fikirləşməlidir.

Təxminən, 15 ilə yaxındır ki, Azərbaycan müasir ədəbiyyatının nümayəndələri şeirin ora-burasına “fahişə”, seks” sözü yapışdırmaqla postmodern ədəbiyyat yaratmaq üçün güc verir. Nəticədə isə şairlərimizin ədəbiyyatda, hətta seks həyatlarında da kasad fantaziyaya malik olduqları üzə çıxır. Məsələn, bir oxucu kimi hamımıza məlumdur ki, hansı şair hansı pozaya həsrətdir və ya hansı şairə illərdir ki, monitorla, klaviatura ilə sevişir. Bu qədər yazıb-yaradanın, çalıb-çağıranın arasında postmodern ədəbiyyatın bütün zirvələrini fəth etmiş yeganə adam “Sevimli şou”nun aparıcısı Mikayıldır. Mikayıl ekvivalentsiz adamdır ki, “ Mən anamı sevgilimə dəyişmərəm” şeiri ilə ensest ədəbiyyatın əsasını qoyub. Bu riskə bu qədər saqqallı, yayda yun şərf taxan şair girə bilməyib. Mikayıl bəlkə də Azərbaycan ədəbiyyatı və xalq yaradıcılığı üçün hansı işləri gördüyündən xəbərsizdir. Ancaq biz ölməmişik. Ensest-pornoqrafik ədəbiyyatın ilk asfaltını tökən adam kimi Mikayılı yüksək qiymətləndirir, ona işlərində uğurlar arzu edirik.

Nakəs media isə bu boyda şairin proqramının bağlanmağına sevinir. Təəssüf ki, Şəhərlərarası Avtovağzalın rəhbərliyinin bu aralar başı daha ciddi işlərə qarışdığı üçün Mikayılın proqramı günlərində rayonlardan Bakıya axışan xalaların, bibilərin, əmilərin statistikasını çıxartmaq olardı.

Feysbuk bayquşları

Azərbaycanda JEK müdirinə hünəri çatıb söz deyə bilməyən hər kişinin arvadından sonra qapazaltı elədiyi tək zümrə jurnalist və aparıcılardır.

Sizi Xoşqədəm, Mikayıl, Mətanət əlində tapança, sayıqlamalarına, “palatka” toyuna, sinədöyməyə, İmam Hüseyn məclisinə baxmağa məcbur etmir axı… Səviyyənizə xitab etmirsə, ürəyiniz bulanırsa baxmayın. Pultunuz nə Vahid Mustafayevin, nə Vüqar Qaradağlının, nə də Vaqif Mustafayevin əlindədir.

Ən gülməlisi isə, media əhlinin münasibətidir. Təsəvvür edin, proqram bağlanır, jurnalist sevinir. Başa düşmür ki, hər bağlanan proqram, sayt, qəzet söz azadlığından, mediadan bir zərrə daha uzaqlaşdırır. Televiziya məktəb, bağça, universitet deyil. O, sizin yerinizə uşaq tərbiyəsi ilə məşğul olmamalıdır. Televiziya, KİV hamıya, hər zövqə hesablanmış olmalıdır. Mən zövqsüzəm, Mikayıla baxıb anamla sevgilim arasında seçim eləmək istəyirəm. Sənə nə? MTRŞ-in milli-mənəvi dəyərlərə qarşı həssaslığı qəfil necə fontan verdi? Bu suallara media cavab tapmalıdır.

P.S: Mirşahin Ağayevin Nuşirəvan Məhərrəmlini “neprav”” çıxardığı anlarda Vahid Mustafayev sosial şəbəkədə link paylaşır : “Müharibə şəraitində yaşamağa öyrəşməliyik.”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 240
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."