Yazı İçi 468×60

15724097_1319484718108699_1668344408_nHörmətli cənab Prezident İlham Əliyev!

Sizi “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası adından 55 illik yubileyiniz münasibəti ilə təbrik edirik və ən xoş arzularımızı səmimi olaraq çatdırırıq!
Biz Azərbaycanda fəaliyyət göstərən, təhsil və maarifçilik dəyərlərini təbliğ edən kampaniya olaraq dövlətin arxalana biləcəyi təhsilli və aydın gənclərdən ibarət vətəndaşların formalaşması istiqamətində çalışırıq. İnanırıq ki, təhsilli və maariflənmiş gənc daim üzərinə düşən məsuliyyəti anlayaraq dövlətinin tərəqqisi üçün fəaliyyət göstərəcəkdir.
Sizin hər zaman gənclərin səmimi dostu olmağınız gördüyümüz işlərin ən böyük stimuludur. Sizə inamımız bizə göstərdiyiniz sayğının və inamın nəticəsidir.
İnanırıq ki, güclü təhsil güclü dövlət deməkdir. Sizin də hər zaman təhsilə olan diqqətiniz vətənə və gələcəyə olan ən böyük inamınızdır. Necə ki, Siz bunu daim çıxışlarınızda qeyd edirsiz: “Vətənini sevən hər bir insan gələcəyi düşünməlidir.”

Bir daha, Sizi doğum günü münasibəti ilə təbrik edir, gördüyünüz tarixi missiyada atılan hər addıma görə təşəkkür, gələcək işlərdə uğurlar arzu edirik!

Dərin hörmətlə,
Rəşad Bayramov
“Mənim Təhsilim, Mənim Gələcəyim!”
kampaniyasının rəhbəri

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."