!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mənsimov şəhər gəzintisində: "Biz, AFFA-nın rəhbərliyi olduğu müddətdə futbolda yoxuq" - ÖZƏL FOTOLAR

!Reklam – Yazi

Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı Mais Mənsimov şəhər gəzintisinə çıxıb.

Yenicag.az-ın verdiyi məlumata görə, gəzinti zamanı ona “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov yoldaşlıq edib.

Əməkdaşımız səxsi mühafizəsi ilə gəzən “Palmali”nin Bakı ofisinin və “PalSüd”ün rəhbəri olan Mais Mənsimova yaxınlaşaraq, suallarına cavab almaq istəyib. Yanındakılar buna mane olmağa çalışsa da, Mənsimov gülərək “lazım deyil” söyləyib.

Təəssüf ki, “Xəzər Lənkəran”ın prezidenti klubun gələcək taleyi ilə bağlı danışmaq istəmədi. Bu məqamda isə məsələyə Tuyqun Nadirov müdaxilə etdi:

“Biz sözümüzü demişik. Nə qədər ki AFFA-nın indiki rəhbərliyi var, biz futbolda yoxuq. Bu məsələnin Mübariz bəyin biznesi ilə heç bir əlaqəsi mövcud deyil”.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

1958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv