Mənzil veriləcək jurnalistlərin adları nə vaxt açıqlanacaq?

Mənzil veriləcək jurnalistlərin adları nə vaxt açıqlanacaq?

Müəllif: Redaktor

Editor

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib: “Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.

Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb”.(APA)

Yenicag.az

Media, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti