Mənzillərə çağırılan Şaxta baba və Qar qızın sifarişi üçün dövlət rüsumu açıqlandı

Müəllif: Redaktor

Editor

saxtababaBakıda yeni il şənlikləri ilə əlaqədar mənzillərə çağırılacaq Şaxta baba və Qar qızın sifariş qiyməti müəyyən edilib. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Qurum rəsmisi bildirib ki, Şaxta baba və Qar qızın evlərə sifarişi üçün dövlət rüsumu 60 manat müəyyən edilib: “Vətəndaşlar həmin məbləği ödəməklə paytaxtda istənilən ünvana Şaxta baba və Qar qız sifariş verə bilərlər”.

Ə.Bağırov bildirib ki, artıq 7 cüt Şaxta baba və Qar qız mənzillərə sifarişlə getmək üçün Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən icazə alıb:

“Həmin cütlüklər küçələrdə fəaliyyət göstərməyəcəklər. Onlar yalnız evlərə sifarişlə gedəcəklər. Parklar, meydanlar və digər ərazilərdə fəaliyyət göstərmək üçün isə artıq 14 cüt Şaxta baba və Qar qıza icazə verilib və onlar fəaliyyətə başlayıblar”.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır