yenicag.az
yenicag.az

“Məqsədimiz Özbəkistan-Azərbaycan münasibətlərinin daha da inkişafına tövhəmizi verməkdir”

“Məqsədimiz Özbəkistan-Azərbaycan münasibətlərinin daha da inkişafına tövhəmizi verməkdir”

Müəllif: Redaktor

Editor

mobilllÖzbəkistanda diasporamız: NÜMUNƏVİ FƏLİYYƏT KONTEKSTİNDƏ

7News.az informasiya portalı olaraq zaman-zaman Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları haqqında müxtəlif yazılar, təhlillər dərc edirik. Əsas məqsədimiz ölkəmizi dünyada şərəflə təmsil edən qurumlar və onların rəhbərləri barədə oxucularımızı məlumatlandırmaqdan ibarətdir.

Növbəti yazımız isə diaspor təşkilatları arasında öz fəallığı, nümunəviliyi və innovativliyi ilə seçilən Azərbaycanın Özbəkistandakı diaspor təşkilatı haqqındadır. Təşkilat barədə saytımıza geniş açıqlama verən Azərbaycan Diasporunun Özbəkistandakı sədri Mobil Məmmədov iki ölkə arasında olan münasibətlərin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi: “Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Özbəkistandır. Orta Asiyanın bu dövləti ilə Azərbaycan arasında mədəniyyət və ticarət əlaqələrinin kökü qədim dövrlərə təsaduf edir. Tarixən Orta Asiyanın bu respublikasına azərbaycanlıların bir hissəsi könüllü mühacirət etmiş, bir qismi isə zorla köçürülmüşdür. Hazırda Özbəkistanda 50 minə yaxın azərbayçanlı yaşayır. Bir çox ailələr bura Sovet hakimiyəti dövründə sürgün olunublar. Bəziləri 1966-çı ildə Daşkənd şəhərində baş vermiş zəlzələdən sonra bura xilaskarlar, tikinti sahəsində peşəkarlar dəstəsinin tərkibində gəlib və sonradan burada məskan salıblar. Çavan yaşlarından Özbəkistanın ali məktəblərində təhsil almaq, işləmək məqsədilə gələnlər də coxdur. Bu insanlar müxtəlif zamanlarda və müxtəlif məqsədlərlə gəlsələr də, biri-birləri ilə sıx əlaqə saxlayırlar, bütün adət-ənənələri, milli, mədəni, dini ənənələri, mənəvi dəyərləri qoruyublar. Baxmayaraq ki, onların bir çoxunun Azərbaycanla uzun müddət əlaqəsi olmayıb, ancaq Vətənə olan sevgi heç zaman onların daxilində ölməyib”.

Bu gün Özbəkistanda yaşayan azərbaycanlıların elm, mədəniyyət, iqtisadiyyat, həttə idman sahəsində ən yüksək nailiyyətlər qazandıqlarını deyən Mobil Məmmədov bununla yanaşı bizneslə məşğul olan soydaşlarımızın sayının artdığını dedi.

O, həmçinin, Azərbaycan diasporunun müasir Özbəkistandaki vəziyyəti iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlandığını dedi: “Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirlik Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-çi il tarixində açılıb. Bu, diasporamızın inkişafına böyük təkan olub. Ümummilli liderimizin yolunu Prezidentimiz İlham Əliyev xüsusi diqqətlə davam etdirir və son 5 il ərzində bu ölkədə iki dəfə rəsmi səfərdə olub. 2010-cu ildə olan səfəri zamanı isə Prezident İlham Əliyev Azərbaycanın maliyyə dəstəyi ilə yeni təmir olunmuş Azərbaycan Mədəniyyət Mərkəzinin istifadəyə verilməsində iştirak etdi. Qeyd etmək lazımdır ki, yeni qurulan bina öz gözəlliyi və müasirliyi ilə təkrarolunmaz bir mədəniyyət sarayına çevrilib. İki ölkə rəhbərləri arasında mədəniyyət, incəsənət, iqtisadiyyat, və başqa sahələr üzrə əməkdaşlıq haqqında imzalanan müqavilələr artıq öz nəticələrini verməkdədir.”

Bütün bunların Özbəkistanda yaşayan Azərbaycan diasporunun iqtisadi irəliləyişinə, sosial vəziyyətinin yaxşılaşmasına, adət-ənənələrinin qoruyub saxlanmasına geniş imkanlar yaratdığını vurğulayan Mobil Məmmədov Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatının öz fəallığı və nümunəviliyi ilə seçildiyini qeyd etdi: “Özbəkistandakı Diaspor təşkilatımız sistematik olaraq müəyyən istiqamətlər üzrə peşəkar fəaliyyət mexanizmi qurub.

Ulu Öndər Heydər Əliyev irsinin Özbəkistanda yaşayan həmyerlilərimiz arasında təbliğ etmək;
Azərbaycan həqiqətlərinin Özbəkistan ictimaiyyətinə doğru-dürüst təqdim etmək;
Özbəkistanda yaşayan azərbaycanlılara sosial qayğı göstərmək;
Milli-mədəni dəyərlərimizi Özbəkistanda təbliğ etmək;
Özbəkistanda yaşayan azərbaycanlı iş adamlarına dəstək olmaq;
Hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni və sosial sahədə əlaqələrin inkişafına tövhə vermək.
Yuxarıda sadalanan bütün istiqamətlər üzrə ciddi şəkildə fəaliyyət davam edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Özbəkistanda da müxtəlif tədbirlər həyata keçirilib. Bundan başqa hər il mütəmadi olaraq Ulu Öndər Heydər Əliyevin doğum günü, Milli Qurtuluş Günü, Müstəqillik Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və sadalamadığımız əhəmiyyətli tədbirlər koordinativ şəkildə tək paytaxta deyil, eyni zamandan Özbəkistanın 10-dan çox şəhər və rayonlarında ən yüksək səviyyədə qeyd olunur.”

Qeyd edək ki, Özbəkistandakı Diaspor təşkilatının iş adamlarına göstərdiyini diqqət və qayğı isə sözün əsl mənasında burada yaşayan azərbaycanlıların sosial rifahının yüksəlməsinə xidmət edir. Ümumiyyətlə qeyd edək ki, Mobil Məmmədovu rəhbərliyi ilə fəaliyyət göstərən diaspor təşkilatı Diasporla İş Üzrə Dövlət Komitəsi ilə razılaşdırılmış şəkildə öz işini qurur.

Bütün bunların məntiqi nəticəsi olaraq Mobil Məmmədov Özbəkistan dövlət rəhbərliyi tərəfindən diaspor təşkilatının rəhbəri kimi Özbəkistanda yaşayan millətlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda göstərdiyi xüsusi xidmətlərə görə Özbəkistan Respublikası dovlət mükafatı – “Dostluq” Ordeni ilə təltif olundu. Bu yüksək mükafat bütövlükdə Azərbaycan diasporasına verilən dəyər və qiymətin ən bariz nümunəsidir.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti