Yazı İçi 468×60

piyada_olumuSamuxda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə yanvarın 24-də axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.

Gəncə şəhər sakini, 65 yaşlı Rza Teymur oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Samuxun İstixana qəsəbə sakini, 28 yaşlı Bayram Rafiq oğlu Qasımovu vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."