Merkel miqrantlara qarşı qanunvericiliyin sərtləşdirilməsinə çağırıb

Müəllif: Redaktor

Editor

kanzlerin_merkel_Berlində törədilən terror aktından sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.

“Xüsusi xidmət orqanları ilə yanaşı daxili işlər və ədliyyə nazirlərinə tapşırmışam ki, bu hadisə təfərrüatlarınadək araşdırılsın və nəticələr barədə mənə məlumat verilsin”, deyə A.Merkel bildirib.

O qeyd edib ki, qanunvericiliyə dəyişikliklərin edilməsi və təhlükəsizliyin gücləndirilməsi üçün bütün lazımı addımlar atılacaq.

Xatırladaq ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır