yenicag.az

Merkel suriyalı qaçqınlarla “selfie” çəkdirdi-Video,Foto

Merkel suriyalı qaçqınlarla “selfie” çəkdirdi-Video,Foto

Müəllif: Redaktor

Editor

302280_506x285Almaniya kansleri Angela Merkel gözlənilmədən miqrasiya və qaçqınların işi üzrə Federal İdarənin Berlin şəhəri Şpandau rayonundakı bölməsini ziyarət edib.

Merkeli gözlənilməz gəlişi miqrantların sığındığı düşərgədə canlanmaya səbəb olub. Kansleri dövrəyə alan qaçqınlar onun selfi də çəkdiriblər.

Qeyd edək ki, heç də bütün Berlin sakinləri Suriya qaçqınlarının bu ölkəyə axınından razı deyil. Belə ki, bir çoxları onlara etibar etmir. Yerli sakinlər bu ölkəyə gələn bəzi qaçqınlarla terrorçular arasında əlaqə ola biləcəyindən ehtiyat edirlər. Hətta onları İŞİD-in “troya atı” hesab edənlər də var(qafqazinfo)

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti