Merkelə “donuz başı” sürprizi

Müəllif: Baş Redaktor

Baş Redaktor
569368b1c46188db078b45acAlmaniya kansleri Angela Merkelin Stralsund şəhərindəki seçki bürosunun qarşısına naməlum şəxslər tərəfindən donuz başı və təhqiredici məzmunda ismarıc qoyulub.
Yenicag.az Axar.az-a istinadən xəbər verir ki, donuz başı və üzərində kanslerin ünvanına nalayiq sözlər yazılan kağız ərazidə olan polis tərəfindən aşkar edilib.
Məlumata görə, polis hadisə ilə bağlı ətraflı açıqlama verməyib.
Qeyd edək ki, Merkelin miqrant siyasəti milliyyətçi partiya və qurumlar tərəfindən kəskin etirazla qarşılanır.

Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır