Mərkəzi Bank dollara limit qoydu – qərar bu gündən qüvvəyə mindi

Mərkəzi Bank dollara limit qoydu – qərar bu gündən qüvvəyə mindi

Müəllif: Redaktor

Baş Redaktor

403843897Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədən kənara dollar çıxarılmasına limit qoyulması ilə bağlı açıqlama yayıb.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, AMB-nin məlumatda deyilir:

“Tədiyə balansının və valyuta bazarının tarazlaşdırılmasında mühüm rol oynayan valyuta nəzarəti mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28.11.2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” yeni redaksiyada qəbul edilmişdir.

Qaydalarda cari valyuta əməliyyatlarında, o cümlədən təhsil və müalicə haqlarının köçürülməsi ilə bağlı valyuta ödənişlərində sərbəstlik saxlanılmaqla bəzi köçürmələrdə müəyyən limitlərin tətbiqi (hesab açmadan və şəxsi məqsədlər üçün aparılan köçürmələrdə rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək) nəzərdə tutulur. Bununla bərabər rezidentlərin xarici banklardakı hesablarına pulköçürmələrinin aparılmasında mövcud sərbəstlik aradan qaldırılmışdır.

Eyni zamanda yeni Qaydalarda idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 180 gün müddətində malların və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasına bank nəzarəti tədbirləri müəyyən edilmişdir.

Qaydalarda xarici investisiyanın repartriasiyası, investisiyalar üzrə əldə edilən istənilən növ gəlirlərin məhdudiyyətsiz köçürülməsi rejimi dəyişdirilmədən olduğu kimi saxlanmışdır.

Qaydalar 2016-cı il dekabr ayının 8-dən qüvvəyə minir”.

Yenicag.az

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti