!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bank: Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub

!Reklam – Yazi

Tam üzən məzənnə rejiminə keçid artıq təmin olunub. Çünki bu gün valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev məlumat verib.

“Mərkəzi Bankın makroiqtisadi göstəricilərə təsiri pul siyasəti ilə həyata keçirilir. Yəni bizim artıq məzənnəyə təsirimiz bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir. Pul kütləsi və pul təklifinə təsir etmək mexanizmi ilə biz tam üzən məzənnə rejiminin daha effektiv fəaliyyət göstərməsi üçün iqtisadi sabitliyi təmin etmək üçün bir effektiv instrument kimi istifadə edə bilirik.

Yeni tədbirlərdən biri də alternativ lövbərin yaradılmasıdır. Yəni iqtisadi sabitliyin təmin olunması üçün əsas nəzarət etdiyimiz göstərici əvvəlki illərdən fərqli olaraq pul kütləsinin tam nəzarətə alınmasıdır. Əgər pul kütləsi tam nəzarət altına alınmışsa ,Mərkəzi Bankın və Maliyyə Sabitliyi Şurası çərçivəsində razılaşdırılmış göstərici ətrafındadırsa, bu təbii ki, məzənnənin sabitliyini və digər makroiqtisadi göstəricilərin və bütövlükdə iqtisadiyyatın artımını təmin edir”, – deyə o bildirib.

www.yenicag.az

1375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv