yenicag.az
yenicag.az

Mərkəzi Bank tender elan edir

Mərkəzi Bank tender elan edir

Müəllif: Redaktor

Editor

Azərbaycan Respublikasının Mərkəzi Bankı kompüter, server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının satınalınması məqsədilə Açıq Tender Elan Edir

Tender proseduru 15 mart 2017-cı il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün yazılı müraciət;

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında  şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini  təsdiq edən sənəd;

– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı  keçmiş öhdəliklərin olmaması haqqında, habelə satınalma prosedurlarında iştirak etmək üçün  müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

– iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 03 may 2017-ci il  tarixinədək qüvvədə olmalıdır);

– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən  formada);

– Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;

– iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 1 (bir) il üzrə iş təcrübəsini (korporativ  müştərilərin adı, ünvanı, əlaqə
 telefonu daxil olmaqla) əks etdirən məlumatlar;

– əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar və sənədlər.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 2 mart 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

H/h:AZ25NABZ01701190000000001944
M/h: AZ74NABZ01451700000000001944
Kod: 501004
VÖEN: 9900071001

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan
Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər:

Correspondent Bank: FRNYUS33,

Federal Reserve Bank of New York,

corr. account number: 021088221 AZER,

account № AZ25NABZ01701190000000001944.

Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
Malların təchizatı müddəti: kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 30 (otuz) bank günü ərzində Mərkəzi Bankın inzibati binasında təyin edilmiş yerə təhvil verməlidir.

Qiymətləndirmə meyarları: qiymət və texniki amillər (zəmanət və ödəniş şərtləri). Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Əlaqələndirici şəxs:

Elman Muradov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-83-41, elektron poçt ünvanı: elman_muradov @cbar.az. (Tender komissiyası)

Yenicag.Az

Xəbərlər, İqtisadiyyat, Tender

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti